Naxçıvanda konfrans keçirilib
Tarix: 07.09.2017 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Mövsümi infeksion xəstəliklər – qripin profilaktikası və müalicəsi, odlu silah yaralanmalarında müasir yanaşma” mövzusunda konfrans olub.
AZƏRTAC xəbər verir ki, hərbi və mülki sahədə çalışan səhiyyə işçilərinin iştirak etdiyi konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva açaraq tədbirin əhəmiyyətindən danışıb.
Tədbirdə “Epidbiomed” Tibb Şirkətinin baş direktoru Namiq Əliyev “Qripin profilaktikasında vaksinlərin tətbiqi” mövzusunda məruzə edib. Məruzəçi qripin törədiciləri, dəyişkənliyi, səbəbləri haqqında söhbət açıb, dünyada mövcud olan epidemiyalardan bəhs edib. Baş direktor şirkətin təqdim etdiyi “Vaksiqrip” preparatı haqqında konfrans iştirakçılarına məlumat verib, bu preparatların tərkibi, istehsal forması, müxtəlif yaş qruplarında tətbiqi qaydaları və effektivliyindən danışıb.
Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin həkim-infeksionisti Süleyman Cabbarov muxtar respublikada infeksion xəstəliklərə qarşı aparılan mübarizə tədbirlərindən bəhs edib. Qeyd edib ki, hər bir infeksion xəstəliyin öz spesifikası var. Bu, xəstəliyi törədən infeksiyanın növündən asılı olaraq dəyişir. İnfeksiyanın insan orqanizmində əmələ gətirdiyi xəstəliklərin patoloji əlamətləri yalnız infeksiyanın xarakterindən deyil, daxil olduğu orqanizmin müqavimətindən də asılı olur.
Son illərdə muxtar respublikada ordu quruculuğuna göstərilən diqqət və qayğıdan danışan Naxçıvan Hərbi Hospitalının rəisi, tibb xidməti polkovniki Əli Allahverdiyev bu qayğıdan hərbi tibb ocaqlarına da pay düşdüyünü deyib. Vurğulayıb ki, bu gün muxtar respublikada yerləşən hərbi hissələrdəki tibb məntəqələrində, eləcə də hərbi hospitalda ən müasir tibb avadanlıqlarından istifadə edilir. Bütün bu görülən işlər isə, son nəticədə, hərbçilərin sağlam ruhda xidmət etmələrinə şərait yaradır. Aparılan profilaktik tədbirlərin nəticəsidir ki, son illərdə hərbi hissələrdə infeksion xəstəliklərin kütləvi yayılması hallarına rast gəlinmir. Bu sahədə irəliləyişə nail olunmasında vaksinasiya tədbirlərinin də mühüm əhəmiyyəti vardır.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin baş cərrahı, tibb xidməti polkovniki Mütəllim Həsənov məruzəsində odlu silah yaralanmalarına müasir yanaşma, yeni müalicə metodları və döyüş şəraitində ilkin tibbi yardımın təşkilindən bəhs edib. Bildirib ki, bu cür yaralanmalar daha çox müharibə dövrü ilə bağlıdır. Lakin erməni silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması zamanı, habelə snayperlər tərəfindən hərbçilərin və hətta hərbi zonada yaşayan mülki əhalinin hədəfə alınması nəticəsində də odlu silah yaralanmaları qeydiyyata alınır. Belə yaralanmalarda ilkin tibbi yardımın və cərrahi əməliyyatların qısa zamanda aparılmasının böyük əhəmiyyəti vardır. Bu gün döyüş şəraitində hospitalların dislokasiya yerini dəyişərək, öz fəaliyyətini cəbhəyə yaxın bölgələrdə davam etdirməsi üçün bütün imkanlar mövcuddur. Ancaq tələbat yarandığı şəraitdə mülki xəstəxanaların da bu prosesə qoşulması labüddür. Buna görə də hərbi və mülki sahədə çalışan əməkdaşların fikir və təcrübə mübadiləsi vacibdir. Bu baxımdan hərbi və mülki sahədə çalışan tibbi heyətin birgə iştirak etdiyi konfransın böyük əhəmiyyəti vardır.
Konfransda yekun sözü ilə çıxış edən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, tibb general-mayoru Natiq Əliyev muxtar respublikada ordu quruculuğuna və hərbi tibb sahəsinin inkişafına, eləcə də bu konfransın təşkilinə göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə minnətdarlığını bildirib, bu sahədə daha böyük nailiyyətlər əldə olunacağına əminliyini ifadə edib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info