“Palçıq vulkanlarının krater sahəsinin yaxınlığında yaşayış massivləri salınır“
Tarix: 07.09.2017 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


“Son illərdə palçıq vulkanları və onların yerləşdiyi ərazilərlə bağlı neqativ hallarla üzləşirik. 2001-ci ilin iyun ayında Keyrəki vulkanı püskürəndə o vaxt onun yaxınlığında 2-3 fərdi yaşayış binası var idi. Hazırda həmin sahədə böyük bir yaşayış massivi mövcuddur”.
 
Bunu APA-ya açıqlamasında AMEA Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, professor Adil Əliyev deyib.
 
O bildirib ki, 2002-ci ildə palçıq vulkanları “Xüsusi mühafizə olunan obyektlər və ərazilər” kimi Dövlət Qanununa salınıb: “Bununla palçıq vulkanları təbii abidə statusu aldı. 2015-ci ildə “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbii Qoruğu”nun yaradılması haqqında sərəncam imzalanıb. Beləliklə, vulkanların dağıdılmasının, zibillənməsinin və onların yanında yaşayış binalarının tikilməsinin qarşısı alınıb. Təəssüf ki, son vaxtlar yenə neqativ hallar qeyd alınır. 10-12 il əvvəl Bozdağ-Qobu palçıq vulkanının krater sahəsinə yaxın 3-4 fərdi yaşayış binası tikilmişdi. Hazırda bu ərazidə çoxsaylı bina tikilir, eyni zamanda, məişət tullantıları vulkan sahəsinə boşaldılır”.                 
 
A. Əliyev qeyd edib ki, palçıq vulkanlarının və ətraf sahələrin zibillənməsi təkcə natəmizlik deyil, bu, həm də ekoloji baxımdan təhlükəli haldır: “Vulkan püskürəndə, onun məhsulları ilə yanaşı, çirkləndirici maddələr də ətrafa yayılır. Nəticədə hava və torpaq zəhərlənir. Ələt qəsəbəsində, Xəzərin sahilində yerləşən Bahar vulkanının cənub yamacının bir hissəsi dağıdılıb. Vulkanın sonuncu püskürməsi 1992-ci ildə baş verib. Son illər fəaliyyəti xeyli zəifləyib və yaxın zamanda vulkanın növbəti püskürməsi gözlənə bilər. 1993-cü ildən bağladığımız təbliğat işləri nəticəsində Azərbaycan palçıq vulkanlarının qorunması məsələsi dövlətin dəstəyi ilə müəyyən dərəcədə öz həllini tapdı. 40-dan çox palçıq vulkanının ərazisində mühafizə işləri təşkil olundu. Lakin son illər digər palçıq vulkanlarına qarşı törədilən antriopogen və texnogen təsirlər artmaqdadır. Bu vulkanların yerli əhali tərəfindən zibillənməsinin qarşısı birmənalı şəkildə alınmalıdır. Müvafiq təşkilatlar bu məsələlərlə məşğul olmalı və lazımı tədbirlər görməlidir”.
 
A. Əliyev əlavə edib ki, Azərbaycanın aktiv fəaliyyətdə olan palçıq vulkanları ekoturizm üçün gözəl obyektdir: “Mühafizə edilən elə vulkanlar var ki, qoruğun hazırkı statusu ora turistlərin girişini qadağan edir. Düşünürəm ki, qoruğun hüquqi statusunun “Milli parkla” əvəzlənməsi, dünyada analoqu olmayan çoxçeşidli vulkanlarımızın beynəlxalq turizm obyektlərinə cəlb olunması onların tərənnümü və iqtisadiyyatımızın inkişafına töhfə verməsi baxımından məqsədəuyğun olacaq”.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info