Son dörd ildə tələbə adı qazananların sayı 11,6 faiz artıb
Tarix: 07.09.2017 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


2017-2018-ci tədris ilində  tələbə qəbulu zamanı müsabiqə şərtlərini ödəyən abituriyentlərin (200 baldan artıq bal toplayanlar) sayında 11.3 faiz artım qeydə alınıb.
Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev bildirib ki, son dörd ildə ali təhsil müəssisələri tərəfindən qəbul yerlərinin proqnoz rəqəminin təqribən 14.6 faizə qədər artmasına, ərizə verənlərin sayının isə 15 faizə qədər azalmasına baxmayaraq, bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı 35790 nəfər (50.6) faiz təşkil edib. Onun sözlərinə görə, bu da ötən illə müqayisədə 6.7 faiz, 2015-ci ildəki göstəricidən 10.6 faiz, 2014-cü ildəki göstəricidən 11.3 faiz artıqdır.
Y. Piriyev qeyd edib ki, 2017-2018-ci tədris ilində tələbə statusunu 37624 abituriyent qazanıb və 2014-2015-ci ilə nisbətən faktiki qəbul 11.6 faiz artıb: “Bununla yanaşı, keyfiyyət göstəricisində də artım müşahidə olunur. Son 4 ildə 300 baldan çox toplayanların 15.8 faizi, 400 baldan çox toplayanların sayı 18.8 faiz, 500 baldan çox toplayanların sayı 27.6 faiz, 600 baldan çox toplayanların sayı isə 43.3 faiz artıb. Bu isə ali təhsil müəssisələrinə qəbul olunanların orta bal göstəricisinin artmasına gətirib. Müsbət dinamika bütün ixtisas qrupları üzrə də müşahidə olunur. I qrup üzrə 200-dən artıq bal toplayanların sayı ötən illə müqayisədə 6.6 faiz, II qrup üzrə 4.6 faiz, III qrup üzrə isə 7.8 faiz, IV qrup üzrə 10.9 faiz təşkil edib. Bu il qəbul imtahanlarında 2464 nəfər 600 baldan yuxarı nəticə göstərib. Ötən il bu rəqəm 2281, 2015-ci ildə 2094, 2014-cü ildə isə 1725 nəfər təşkil edib. Bu tədris ilində 15 nəfər abituriyent 700 bal toplayıb”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info