“Maire Tecnimont Group”un vitse-prezidenti BANM-də
Tarix: 07.09.2017 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İtaliyanın “Maire Tecnimont Group” şirkətinin birinci vitse-prezidenti Canni Bardazzi və sözügedən şirkətin Azərbaycan üzrə nümayəndəliyi “KT-Kinetics Technology” şirkətinin rəhbəri Nikolo Heilpern ilə görüş keçirib.
Görüş zamanı BANM-in rektoru Elmar Qasımov qonaqları ali məktəbdə bir daha görməkdən məmnunluğunu ifadə edib. Ali məktəbin “Maire Tecnimont Group” şirkəti ilə əməkdaşlıqdan söz açan rektor bu əməkdaşlıq sayəsində BANM-in tələbələrinin şirkətin təşkil etdiyi təcrübə proqramlarında iştirak imkanı qazandıqlarından bəhs edib. Elmar Qasımov ali məktəblə birgə təşəbbüs əsasında həyata keçirilən bu proqramın önəmini vurğulayaraq yaradılan imkanlara görə tərəfdaş şirkətə təşəkkür edib.
“Maire Tecnimont Group” şirkətinin birinci vitse-prezidenti Canni Bardazzi öz çıxışında bildirib ki, rəhbərlik etdiyi şirkətin əsas məqsədlərindən biri də professional səviyyəni yüksəltmək və uzunmüddətli əlaqələr yaratmaqdır. C.Bardazzi ikitərəfli əməkdaşlığın davamlı inkişafa xidmət edəcəyinə ümidvar olduğunu vurğulayıb. O, həmçinin BANM-də mühazirə vermək niyyətində olduğunu bildirib.
Qeyd edək ki, sözügedən proqram BANM və İtalyanın “Maire Tecnimont Group” şirkəti arasında 19 oktyabr 2016-cı il tarixində imzalanmış əməkdaşlıq haqqında razılaşma çərçivəsində həyata keçirilir. 17 həftə ərzində davam edən proqram zamanı tələbələr şirkətin müxtəlif şöbələrində təcrübə keçərək texniki biliklərə yiyələnməklə yanaşı, real problemləri həll etməyi öyrənmiş, liderlik bacarıqları, kommunikasiya bacarıqları, müqavilələrin idarə olunması kimi istiqamətlərlə tanış olublar. Bu təcrübə onlara tikinti ərazisində (Sumqayıt) və şirkətin filialında təcrübə keçməklə “KT-Kinetics Technology” kimi qlobal şirkətdə bacarıqlarını inkişaf etdirməyə imkan yaradıb.
Cari ildə BANM-in məzunları Riyad Baxşiyev və Sənan İbrahimov “İtaliyanın Maire Tecnimont Group” şirkətinin Azərbaycan üzrə nümayəndəliyi “KT-Kinetics Technology” şirkətinin müəssisələrində təşkil olunan istehsalat təcrübəsi proqramını uğurla başa çataraq həmin şirkətdən iş təklifi alıblar. Hazırda BANM-in məzunları sözügedən şirkətdə çalışırlar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
16.08.2019
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16.08.2019
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edib
16.08.2019
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16.08.2019
Bakıda TOT kursu öz işinə başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Həyata keçirilən sosial paketlər birbaşa əhalinin rifahının yaxşılaşdırılmasına istiqamətlənib
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info