Yeniyetmə güləşçilər arasında Dünya Çempionatı
Tarix: 07.09.2017 | Saat: 22:17:00 | E-mail | Çapa göndər


Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin Dünya Çempionatı davam edir. Dördüncü yarış günündə 40, 46, 52, 60 və 70 kiloqram çəki dərəcələrində yeniyetmə qızlar mübarizəyə qoşulublar. Azərbaycan güləşçiləri iki çəkidə mübarizə aparıblar. Mundialda 42 kiloqram çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçimiz Qurban Qurbanov İtaliya və Namibiyadan olan rəqiblərini mübarizədən kənarlaşdırdıqdan sonra yarımfinalda Rusiya idmançısına da qalib gəlib və çempionatın finalına vəsiqə qazanıb. Həlledici görüşdə onun rəqibi Ukrayna idmançısı olub. Final görüşündə rəqibini məğlub edən Qurban Qurbanov Dünya Çempionatının qızıl medalına sahib olub. Digər yunan-Roma güləşçimiz Nihad Məmmədli (46 kq) də Qırğızıstan, Türkiyə və Rusiyadan olan rəqibləri üzərində qələbə qazanaraq finala yüksəlib. Final görüşündə Ukrayna təmsilçisinə məğlub olan güləşçimiz mundialın gümüş medalı kifayətlənib. Qeyd edək ki, yunan-Roma güləşçilərimiz dünya çempionatını 1 qızıl və 2 gümüş medalla başa vurublar.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sumqayıtlı Messi “Beşiktaş”da
21.11.2018
UEFA Millətlər Liqası: Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlanıb
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info