Rusiya-ABŞ razılaşması: Donbasda BMT sülhməramlıları yerləşdiriləcək
Tarix: 08.09.2017 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


Rusiya prezidenti Putin tərəfindən yenidən gündəmə gətirilən bu məsələni ABŞ və Almaniya dəstəkləyib

Ukrayna prezidenti: “Biz BMT sülhməramlı qüvvələrinin tam missiya yerinə yetirməklə bütün Donbas ərazisindən Rusiya sərhədinə qədər yerləşdirilməsini istəyirik”

Ukrayna Prezident Administrasiyasının hazırladığı və indiyə qədər gizli saxlanılan Donbasın reinteqrasiyası ilə bağlı sənəd yaxın günlərdə müzakirəyə veriləcək

Son iki gün ərzində Ukraynanın Donbas vilayətinə sülhməramlıların yerləşdirilməsi ilə bağlı qızğın müzakirə edilir. Rusiya dövlət başçısı Vladimir Putin tərəfindən yenidən gündəmə gətirilən bu məsələ demək olar ki, Moskva və Kiyevlə yanaşı Avropanın əsas paytaxtlarının müzakirə mövzusuna çevrilib. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin həllinin müəyyən mərhələsində sülhməramlı qüvvələrin yerləşməsi məsələsi gündəmə gələcək. Ona görə də yaxın regionda baş verən münaqişəyə sülhməramlı qüvvələrin yerləşməsi ilə bağlı müzakirə Bakı üçün maraqlıdır. Putin bəyan edib ki, Ukraynada baş verən münaqişənin həlli üçün Donbasa sülhməramlı qüvvələrin yerləşdirilməsinə qarşı deyil. Rusiya dövlət başçısı bildirib ki, həmin sülhməramlılar hansısa tərəfin ərazisində deyil, sərhəddə yerləşdirilməli və ATƏT missiyasının təhlükəsizliyini təmin etməlidir. Putinə görə bunun üçün orada yerləşən ağır texnikalar kənara çəkilməlidir. Kreml rəhbəri ölkə Xarici İşlər Nazirliyinə bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasına qətnamə təqdim etməyi tapşırdığını da dilə gətirib. Burada mübahisəli məsələ sülhməramlı qüvvələrin harada yerləşməsidir. Rəsmi Kiyev hesab edir ki, həmin qüvvələr bütün Donbas ərazisindən Rusiya sərhədinə qədər yerləşməlidir. Dünən bu məsələyə münasibət bildirən Ukrayna dövlət başçısı Petr Poroşenok bildirib ki, bütün Donbas ərazisində BMT sülhməramlılarının yerləşməsi münaqişənin həllinə xeyli yardım edə bilər. Amma bu məsələnin həlli o qədər də asan olmayacaq. Çünki bölgədə iki qondarma qurum yaradılıb. Kreml istəyir ki, Kiyev detalları onlarla razıldaşdırsın. Amma Poroşenko silahlı quldur dəstəsinin nümayəndələri ilə bu məsələnin parametrlərin müzakirə etməyəcəklərini açıqlayıb. Həmin qondarma qurumun rəhbərlərindən biri olan Zaxarçenko da bəyan edib ki, sülhməramlılar ancaq cəbhə xəttində yerləşə bilər. Poroşenko dünən parlamentdə çıxışı zamanı deyib: “Rusiyanın ancaq ATƏT missiyasının qorunması üçün BMT sülhməramlılarının bölgədə yerləşdirilməsi ilə bağlı təklifi qəribədir. Ukrayna BMT Təhlükəsizlik Şurasının bütün üzvləri ilə konkret müzakirəyə hazırdır. Biz BMT sülhməramlı qüvvələrinin tam missiya yerinə yetirməklə bütün Donbas ərazisində yerləşdirilməsini istəyirik”. Poroşenok ölkəsinin BMT-dəki nümayəndəliyinə bu məsələni Təhlükəsizlik Şurasının üzvləri ilə müzakirə etmək tapşırığı verdiyini qeyd edib. Ukrayna dövlət başçısı bəyan edib ki, Donbası güc yolu ilə deyil, siyasi-diplomatik yolla geri qaytarmaq istəyirlər: “Siyasi-diplomatik yol bizim üçün ora görə prioritetdir ki, orada Ukrayna vətəndaşları yaşayır və biz öz vətəndaşlarımızı məhv edə bilmərik. Münaqişənin yenidən qaynar fazaya qədəm qoyması bütün islahatların üstündən xətt çəkə, vətəndaşların həyat səviyyəsini pisləşdirə bilər”. Poroşenko deyib ki, ukraynalıların 11 faizi Donbası geri qaytarmaqdan imtina edilməsinin, 14 faizi münaqişənin dondurulmasının , 13 faizi hərbi yolla həllin, tərəfdarı olduğu halda, 60 faiz əhali istəyir ki, Donbas siyasi-diplomatik yolla geri qaytarılsın. Ukrayna dövlət başçısı Donbasın reinteqrasiyası ilə bağlı qanun layihəsinin yekunlaşdığı və yaxın günlərdə müzakirəyə veriləcəyini də elan edib. Xatırladaq ki. Ukrayna Prezident Administrasiyasının hazırladığı qanun layihəsinin detalları bəlli deyil. Çünki reinteqrasiya ilə bağlı hazırlanan sənəd indiyə qədər heç yerdə yayılmayıb. Poroşenok deyib: “Donetsk və Luqanksda dövlət suverenliyinin bərpa edilməsi ilə bağlı dövlət siyasətinin xüsusiyyətlərinin əks olunduğu qanun layihəsi hazırlanıb. Yaxın günlərdə həmin sənəd açıqlanacaq və Ukraynanın, eləcə də tərəfdaşlarımızın müzakirəsinə veriləcək. Ukrayna cəmiyyəti həmin sənədi diqqətlə öyrənəcək və müzakirə edəcək. Həlledici söz isə deputatların olacaq”. ABŞ Dövlət Departamentinin bu məsləyə münasibəti bəlli olub. ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Naurett bəyan edib ki, Ağ Ev Rusiyanın Donbasda sülhməramlı qüvvələr yerləşdirilməsi ideyasını dəstəkləyir. O bildirib ki, regionda yerləşdiriləcək analoji qüvvələrə geniş mandat verilməli və onlar təkcə sərhəd zonasında deyil, münaqişə bölgəsində yerləşdirilməlidir. Donbas münaqişəsinin həlli ilə bağlı yaradılan Minsk formatında əsas dövlətlərdən biri olan Almaniya da Rusiya dövlət başçısının sülhməramlılarla bağlı təklifini dəstəkləyib. Federal hökumətin rəsmisi Ulrik Demmer mətbuat konfransında bildirib ki, rəsmi Berlin Putinin Ukraynanı şərqində BMT sülhməramlı qüvvələrinin yerləşdirilməsi ilə bağlı təklifini müdafiə edir: “Bu ideyanı 2015-i ildən Ukrayna da dəstəkləyir. Nəhayət ki, Rusiya da bu təşəbbüsə qoşuldu”. Bəzi ekspertlər bildirir ki, bu məsələ ilə bağlı Putinlə Tramp arasında gizli razılaşma var.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info