“Azərbaycan turizmdə ən çox irəliləyiş göstərən ölkələr siyahısında ikincidir”
Tarix: 07.09.2017 | Saat: 20:13:00 | E-mail | Çapa göndər
BMT Baş Məclisi tərəfindən 2017-ci ilin “Beynəlxalq Davamlı Turizm İli” elan edilməsi ölkələrin bu sektorda fəaliyyətini daha da artırıb. Cari ildə də xarici ölkələrə səfər edən turistlərin sayı daha da artıb, ölkələrin əldə etdikləri gəlirlər çoxalıb.
Akdeniz Universitetinin Turizm fakültəsinin müəllimləri prof. dr. A. Akın Asu, prof. dr. Mustafa Gülmez və dos. dr. Özlem Güze tərəfindən 2017-ci il Dünya Turizm Hesabatı hazırlanıb. İngilis və türk dillərində hazırlanan hesabatda qlobal turizmin mövcud göstəriciləri öz əksini tapıb. Turizm statistikası üzrə mənbə sayılacaq hesabatda bu sektor üzrə imkanlar və risklər də öz əksini tapıb.

Dünyada turizmin mövcud vəziyyəti
2016-cı ildə beynəlxalq turizm təhlükəsizliklə bağlı bütün çətinliklərə baxmayaraq, artıb və 2009-cu ildən etibarən yeddi il ardıcıl davamlı inkişaf qeydə alınıb. 2016-cı ildə beynəlxalq turizmin səviyyəsi 3,9 faiz artaraq 1 milyard 235 milyona çatıb. 2017-ci il və sonrakı illərdə dünya turizm sənayesində təsirli bir dövr gözlənilir. Bu dövrdə baş verən bütün qeyri-müəyyənliklərə baxmayaraq, qlobal turizm trendinin cari ildə davam etməsi gözlənilir. 2017-ci ildə neft qiymətlərinin bir qədər artması qarşılığında, nəqliyyat sektorunda sərnişin sayında artımın olacağı təxmin edilir. Bu, xüsusən hava, dəmir yolu və dəniz səyahətinə tələbatın daim artması ilə əlaqədardır. Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatı (UNWTO) 2017-ci ildə bütün bölgələr üçün artımın olacağını proqnozlaşdırır. Bu baxımdan, ən çox artımın Asiya və Sakit okean bölgəsində olacağı təxmin edilir (təxminən 5-6% artım). Ən az böyümənin isə 2-3 faiz olmaqla Avropa qitəsində olacağı nəzərdə tutulur. Onu da qeyd edək ki, ABŞ-da istehlakçıların etibarını yenidən qazanmaq və xərcləmə imkanlarının artırılmasından sonra tətil xərclərində artımın bu il də davam etməsi gözlənilir.
2017-ci ildə səyahət və turizm sənayesinin dünya iqtisadiyyatına təsiri 3,5 faiz artacaq

Səyahət və turizm sənayesi dünyada iqtisadi inkişaf və məşğulluğun təmin edilməsində əsas komponentdir. 2016-cı ildə səyahət və turizm sənayesində dünya miqyasında birbaşa 2.3 trilyon ABŞ dolları məbləğində vəsait sərf edilib və 109 milyon insanı işlə təmin edib. Dolayı yolla iştirakı da nəzərə alındıqda bu sənayenin rolu 7.6 trilyon dolları və təmin etdiyi iş imkanı da 292 milyonu əhatə etməkdədir. Başqa sözlə, səyahət və turizm sənayesi dünya ümumdaxili məhsulunun 10,2 faizini və hər 10 işdən 1-i təşkil edir. 2016-cı ilin məlumatlarına görə, tətil məqsədli səfərlər 76,8 faiz, işgüzar səfərlər isə 23,2 faizi təşkil edib. Daxili turizm ümumi daxili məhsulun 72 faizini təşkil edir. Turizm və turizm sənayesi dünyada ümumi ixracın 6,6 faizini və xidmətlərin 30 faizini təşkil edir. 2017-ci ildə səyahət və turizm sənayesinin dünya iqtisadiyyatına təsiri 3,5 faiz artacaq. ABŞ dollarında artımın davam etməsi vəziyyətində Amerikadan xaricə səfərlərdə 5,4 faiz artım gözlənilir. Bundan Kanada, Meksika, Karib və Aralıq dənizi destinasiyalarının faydalanacağı təxmin edilir. Önümüzdəki 7 il ərzində illik 20 faizdən çox artım göstərən Çin 2017-ci ildə 12 faiz səviyyəsində artım əldə etməyi planlaşdırır. İngilis funt-sterlinqində yaşanan dəyər itkisi sonrasında 2017-ci il baxımından İngiltərədən xaricə səyahətlərdə əhəmiyyətli ölçüdə azalma gözlənilir. 2016-cı ildə 8 faiz olaraq reallaşan səyahət və turizm xərclərinin 2017-ci ildə 4.2 faiz səviyyəsində reallaşması gözlənilir. Bu, məsafə baxımından Avropa ölkələrinə və uzaq məsafəyə səyahət baxımından ABŞ-a təsir edəcək.

Bu il ən uğur qazanan üç ölkə
Beynəlxalq səyahət və turizm rəqabətçilik hesabatına görə 2017-ci ildə ən uğur qazanan üç ölkə, İspaniya, Fransa və Almaniyadır. Bu ölkələr səyahət və turizmlə bağlı ən uyğun mühiti təmin edən, təbii və mədəni dəyərlərə əhəmiyyət verən və ziyarət edən turistlərə unudulmaz təcrübələr yaşadan ölkələrdir.
Bununla yanaşı, rəqabətlilik hesabatının nəticələri ümumi olaraq dəyərləndirildikdə Avropa və Avrasiya bütün göstəricilər baxımından ən güclü olduğu, bu vəziyyət də xüsusilə malik olduğu mədəni dəyərlər, turizmlə bağlı yaxşı infrastruktur, Qərb və Cənubi Avropada yaşanan bəzi problemlərə rəğmən hələ də etibarlı hesab edilir.
Hesabatda ən çox diqqəti cəlb edən məqamlardan biri də odur ki, bu məsələyə inkişaf etməkdə olan ölkələrdə daha çox önəm verilməsidir. İqtisadi baxımdan inkişaf təmin edildikcə, beynəlxalq mövzulara daha çox əhəmiyyət verilir.
Hesabatda müxtəlif istiqamətlər üzrə bir sıra reytinq göstəriciləri öz əksini tapıb. Onlardan biri də turizm sahəsində 15 ən çox irəliləyiş göstərən ölkələrlə bağlıdır. Bu siyahıda birinci yerdə Yaponiyadır ki, performans dəyişikliyi 6,59 faiz, ümumi dəyişiklik +5 hesab edilir. İkinci sırada isə Azərbaycan qərarlaşıb ki, performans dəyişikliyi 6,36 faiz, ümumi dəyişiklik isə +13 göstərilir. Ölkəmizi üçüncü sırada 5,27 faiz və +12 ümumi dəyişikliklə Tacikistan, daha sonra 5,27 faizlə və +8 ümumi dəyişikliklə Vyetnam, beşinci yerdə 5,03 və +11 dəyişikliklə İsrail təqib edir. Hesabatda dünyada sağlamlıq turizmi ilə bağlı mövcud göstəricilər də yer alıb. Digər hesabatda qeyd edilir ki, Azərbaycan Dünya Səhiyyə Təşkilatının gəlir qruplaşdırmasında Yüksək-Orta Gəlir Qrupunda yer alır. Qeyd edək ki, bu sıralamada Ermənistan az-orta gəlir qrupuna daxil olan ölkələr sırasındadır.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2017
Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
18.09.2017
Dünya əhalisinin 11 faizi aclıqdan əziyyət çəkir
14.09.2017
“Başqa dildə yazılmış ədəbiyyatımızın tərcüməsi, nəşri və təbliği milli məsələlərdən biridir”
06.09.2017
Çəltikçiliyin inkişafında yeni mərhələ: düyü ixrac edə biləcəyik
05.09.2017
“The Guardian” Azərbaycan haqqında nə zaman həqiqətləri yazıb ki?..

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7348

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Xarəzm və Xivə əhalisinin ləhcəsi Azərbaycan dilinə çox yaxındır
3 Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
4 Prezident BMT-də Ermənistanı "işğalçı" adlandırdı
5 Sumqayıtda SOCAR-ın bir sıra obyektləri istifadəyə verilib
22.09 20:10 Badamlı peçenye
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info