Makron Aİ-nin Türkiyə ilə əlaqələri kəsməsinə qarşı çıxdı
Tarix: 08.09.2017 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Fransa prezidenti: “Ankara Avropanın düşdüyü terror təhlükəsi, miqrasiya kimi bir çox böhranlı vəziyyətdən çıxmasında vacib tərəfdaş olaraq qalır”

Bu günlərdə Afinaya səfər ərəfəsində Fransa prezidenti Emmanuel Makron “Katimerini” nəşrinə müsahibə verib. Makron Yunanıstanın iqtisadi böhranın aradan qaldırılması istiqamətindəki cəhdlərini dəstəklədiklərini bəyan edib. O, Yunanıstanın avrozonadan çıxmasını istisna edib: “Yunanıstanın avrozonadan çıxması gec və ya tez avronun sona olar”. Emmanuel Makron nəşrə müsahibəsində deyib ki, onun bu səfəri Yunanıstana investisiya yatırılması üçün dəstək və etimad nümunəsidir. Fransa prezidenti bildirib ki, bu səfərdə böyük fransız şirkətləri ilə yanaşı, kiçik və orta müəssisələrin nümayəndələri də onun yanında olacaq: “Mən Yunanıstanın gələcəyinə optimist yanaşıram. Bu ölkə iqtisadiyyatı bərpa olunur, işsizlik azalır, Fransa investisiyası Yunanıstan iqtisadiyyatında artır” Onun sözlərinə görə iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivləri mövcuddur.

“Miqrantlarla bağlı Avropa İttifaqı ilə Türkiyə arasında imzalanan razılaşma, xüsusilə Yunanıstana təzyiqin azalması baxımından effektli oldu. Mən, Türkiyə prezidenti Ərdoğanla daimi təmasdayam”

Fransa Yunanıstanla müdafiə sahəsində lazımi hərbi-texniki vasitələrlı təmin etməyi nəzərdə tutur. Avropa İttifaqının gələcəyi barədə danışan Makron Avropada həmrəylik görməyi arzuladığını qeyd edib: “Mən avro zonanın dərinləşməsinin, ümumi Avropa büdcəsinin yaradılmasının, Avropa maliyyə naziri təyin edilməsinin, avrozonanın parlamentinin yaradılmasının tərəfdarıyam. Məhz bunun sayəsində demokratik inteqrasiya, iqtisadi və valyuta ittifaqı effertiv və ədalətli olacaq” Fransa prezidenti, terrorla mübarizə sahəsində Afina ilə Paris arasında təsirli bir əməkdaşlıq olduğunu da bəyan edib. Türkiyə barədə danışan Makron Ankara ilə Avropa İttifaqı arasında gərginliyin oldugunu deyib. Amma Makron Avropa İttifaqı ilə Ankaranın əlaqələrinin kəsilməsinə qarşı olduğunu bildirib: “Ankara Avropanın düşdüyü terror təhlükəsi, miqrasiya kimi bir çox böhranlı vəziyyətdən çıxmasında vacib tərəfdaş olaraq qalır. Miqrantlarla bağlı Avropa İttifaqı ilə Türkiyə arasında imzalanan razılaşma, xüsusilə Yunanıstana təzyiqin azalması baxımından effektli oldu. Mən, Türkiyə prezidenti Ərdoğanla daimi təmasdayam”
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Paşinyanın açıqlamaları Ermənistanın dalana dirənməsinin nəticələridir
19.08.2019
Li Syan Lun: ABŞ və Çin “sehirli həbi” tapmalıdırlar
18.08.2019
ABŞ əsassız olaraq İranı neft tankerlərinə hücumlarda ittiham edir
18.08.2019
“İntihar“ hallarını siyasiləşdirənlər, faciədən gəlir güdənlər
18.08.2019
“Liviyadakı qarşıdurmaları dayandırmaq üçün sadə yol tutmaq lazımdır“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info