Dünya İqtisadi Forumunda Ermənistanın barbar siyasəti tənqid edildi
Tarix: 08.09.2017 | Saat: 15:10:00 | E-mail | Çapa göndər


Polşanın Krıniça şəhərində başlayan 27-ci Dünya İqtisadi Forumu dünən də işini davam etdirib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının baş məsləhətçisi Toğrul Məmmədli “Şərq Tərəfdaşlığının 8 ili: uğursuzluqlar, nailiyyətlər, gələcək” adlı plenar sessiyada çıxış edib.
Şuradan bildiriblər ki, Azərbaycan-Avropa İttifaqı (Aİ) əməkdaşlığının 25 ili ərzində əldə edilmiş nəticələrə dair statistik məlumatları sessiya iştirakçılarının nəzərinə çatdıran Toğrul Məmmədli ölkəmizlə Aİ arasında tərəfdaşlığın perspektivləri, Avropanın enerji təhlükəsizliyi kontekstində Azərbaycanın rolu haqqında danışıb.
Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan və erməni deputat Miqran Akopyanın da şərhçi olduğu bu sessiyadakı çıxışı zamanı Toğrul Məmmədli Avropa İttifaqı və Azərbaycan arasındakı əməkdaşlıq əlaqələri ilə yanaşı, Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti, iyulun 4-də 2 yaşlı Zəhranın və nənəsinin qətlə yetirilməsi haqqında məlumat verərək Ermənistanı barbar adlandırıb.
Qeyd edək ki, Polşada hər il keçirilən və 3000-dən artıq qonağın iştirak etdiyi bu tədbir Mərkəzi və Şərqi Avropanın ən irimiqyaslı konfransı sayılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info