İsa Həbibbəyli: “Gələcəkdə magistrant və doktorantlara da kreditlərin verilməsi nəzərdə tutulur”
Tarix: 08.09.2017 | Saat: 13:48:00 | E-mail | Çapa göndər
Milli Məclisin payız sessiyasında Elm və Təhsil Haqqında qanunlara müəyyən düzəlişlər və əlavələrin edilməsi nəzərdə tutulur. Parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, bununla bağlı komitədə müəyyən işlər görülür: “Elm və təhsil sahəsi zamanla yenilənir, yeni ideyalar, tələbatlar ortaya çıxır. Bunları nəzərə alaraq Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və digər müvafiq qurumlar birgə fəaliyyət göstərərək zamanın doğurduğu tələblərlə əlaqədar qanunlarda ediləcək əlavə və düzəlişlər üzərində çalışır. Bunlar payız sessiyasında müzakirəyə çıxarılacaq. Elm və təhsil haqqında qanunlara ediləcək düzəliş və əlavələrdə hazırlıq qrupları, magistratura, doktorantura pilləsi, tələbə kredit sistemi və digər məsələlər əksini tapıb. Məsələn, Azərbaycanda tələbələrə kreditlərin verilməsi tətbiq edilir. Ehtiyacı olan tələbələrə təhsil haqqını ödəmək üçün müvafiq qaydada kreditlər ödənilir. Onlar da işlədikləri müddətdə bu krediti geri qaytarmalıdırlar. Hələlik bu sistem yeni tətbiq olunur və onun qanunvericilik çərçivəsində tənzimlənməsinə ehtiyac var. Qanunlara ediləcək əlavə və düzəlişlərə əsasən, kreditlərin verilmə qaydaları və prinsipləri qanunla tənzimlənəcək. Bundan əlavə, təhsil kredit sistemi ancaq bakalavr pilləsi üzrə tətbiq edilir. Gələcəkdə magistratura və doktorantura pilləsində təhsil alanlara da kreditlərin verilməsi nəzərdə tutulur”.
İ.Həbibbəyli vurğulayıb ki, bu ilin sonuna yaxın komitədə orta ümumtəhsil məktəbləri haqqında qanun layihəsinin hazırlamaq üçün işçi qrup yaradılacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.05.2018
“Həyatımın ən böyük arzusuna çatdım – BANM-in tələbəsi oldum”
24.05.2018
İsa Həbibbəyli: “Sertifikasiya təhsilin keyfiyyətini artırmaq üçün məqbul bir prosedurdur”
24.05.2018
AXC dönəmində yaşamış əsgər-fotoqrafın xatirələri “Cümhuriyyətin 9 şəkli” filmində
24.05.2018
“Təqvimin pozulması ilə bağlı bizə bu günlərdə məlumat daxil olmayıb”
24.05.2018
 “Qafqaz üçlüyü” filmi Azərbaycana və azərbaycanlılara qarşı dərin nifrətin açıq təzahürüdür”

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9305

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
4 “Əlillik təyinatlarının həyata keçirilməsində mövcud vəziyyət qənaətbəxş deyil”
5 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info