Cocuq Mərcanlıda inşa olunmuş yeni məktəblə tanışlıq olub
Tarix: 08.09.2017 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


Binəqədi rayonundan nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib. Nümayəndə heyətinin tərkibində Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH), YAP Binəqədi Rayon Təşkilatının, rayon Gənclər və İdman İdarəsinin rəhbər heyəti, Rəsulzadə və Binəqədi rayon bələdiyyələrinin sədrləri, rayonda fəaliyyət göstərən bir neçə sahibkar, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin nümayəndəsi “Aprel şəhidləri” Fəxrəddin Qurbanlının ilə Emin Bağırovun valideynləri olublar.
 
RİH-dən APA-ya bildirilib ki, heyəti Cocuq Mərcanlıda yeni inşa olunmuş 96 şagird yerlik məktəblə tanış olub, yeni tədris ilində məktəbə gedəcək şagirdlərə məktəbli geyimləri, idman formaları və avadanlıqları, məktəb ləvazimatları, surətçıxarma aparatı hədiyyə edib. Onlar ibtidai hərbi hazırlıq fənni üzrə sinif otağını xüsusi ləvazimatlarla və digər zəruri avadanlıqlarla təchiz ediblər.
 
Məktəblə tanışlıqdan sonra nümayəndə heyəti kənd sakini Oqtay Həziyevin evinə gedib. Görüşün sonunda ailəyə rih-İN hədiyyələri təqdim edilib.
 
Qonaqlar Cocuq Mərcanlı kəndində inşa edilmiş məscidlə tanış olublar. Bildirilib ki, 50 sot ərazidə inşa edilən məscidin minarələrinin hündürlüyü 26 metrdir. Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan bu dini ibadətgahda dindarlar üçün hər cür şərait yaradılıb. 
 
Səfərin sonunda nümayəndə heyəti Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndində törədilən cinayət nəticəsində həlak olmuş Zəhra  Quliyeva və onun nənəsi Sahibə Allahverdiyevanın məzarını ziyarət edib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info