“Kaspi” Təhsil Şirkəti fəaliyyətini genişləndirir
Tarix: 08.09.2017 | Saat: 21:30:00 | E-mail | Çapa göndər


Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” Təhsil Şirkətinin 2016/2017-ci tədris ilində fəaliyyətinin yekunlarına həsr edilmiş tədbir keçirilib.
Tədbirdə “Kaspi” Təhsil Şirkətinin təsisçisi və idarə heyətinin sədri Sona Vəliyeva ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb.
Müasir dünyada təhsilin mühüm rolunu, ölkəmizdə bu sahəyə xüsusi diqqət göstərildiyini qeyd edən S.Vəliyeva “Kaspi” Təhsil Şirkətinin inkişaf mərhələləri və fəaliyyəti barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, şirkət 2007-ci ildə yaradılıb və keçən 10 il ərzində fəaliyyətini genişləndirərək 2 lisey, 4 uşaq bağçası, 11 filial, 7 yerli nümayəndəlik açıb.
2016/2017-ci tədris ilində şirkətin abituriyent hazırlıq kurslarını 324 nəfər bitirib. Onların 311-i builki qəbul imtahanlarında yüksək bal toplayaraq nüfuzlu ali məktəblərə qəbul olunub. “Kaspi” liseyinin isə 21 məzununun hamısı ali məktəblərə daxil olub. “Kaspi”nin məzunlarından bir nəfər – Vahab Cəbrayılov qəbul imtahanlarında maksimum nəticə – 700 bal toplayıb və o, “Kaspi” təqaüdünü qazanan ilk tələbə olub.
“Kaspi” Təhsil Şirkəti abituriyent hazırlıq kurslarını bitirən gənclərdən 31-i qəbul imtahanlarında 600-dən yuxarı, 60-ı isə 500-dən çox bal toplayıb. Xaricdə təhsil xidmətləri göstərən Kaspi Qlobal il ərzində 100-dən artıq şagirdi ABŞ-a və Böyük Britaniyaya yay məktəblərinə göndərib. Məktəbəqədər hazırlıq kursları olan Kaspi Kidslərdə isə 1000-dək uşaq məktəbəhazırlıq proqramını tam başa vurub.
S.Vəliyeva bu il “Kaspi” Təhsil Şirkətinin fəaliyyətinin daha da genişləndiyini, Beynəlxalq məktəbəqədər kurikulum standartları əsasında fəaliyyət göstərən yeni ingilisdilli Kaspi Beynəlxalq Uşaq Bağçasının, həmçinin Bakı şəhərində Azərbaycan və rus bölmələrindən ibarət yeni bağçanın da açıldığını diqqətə çatdırıb.
“Kaspi” Təhsil Şirkətinin təsisçisi təhsildə uğurları artırmaq məqsədi ilə reallaşdırılacaq layihələrdən də bəhs edib.
Sonra “Kaspi” Təhsil Şirkətinin 10 illik fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən müəllim və valideynlər də “Kaspi” Təhsil Şirkətinin səmərəli fəaliyyətindən, təhsilimizə verdiyi töhfələrdən danışıb, uğurlar arzulayıblar.
Şirkətin liseyini və abituriyent hazırlıq kurslarını bitirən və qəbul imtahanlarında yüksək ballar toplayaraq ali təhsil müəssisələrinə qəbul olunan gənclərə hədiyyələr verilib, “Kaspi” təhsil mərkəzlərində təqdim olunan bütün xidmətlərdən 20 faiz endirimlə faydalanmaq üçün kuponlar təqdim olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info