“Çempionlar Liqasını udmaq istəyirik”
Tarix: 08.09.2017 | Saat: 23:18:00 | E-mail | Çapa göndər


Simeone: “İki dəfə Çempionlar Liqasının finalında uduzmuşuq. Xüsusilə, ikinci məğlubiyyət bizim üçün sağalmaz yara idi”

"Rəhbərlik mənə bildirdi ki, transfer qadağasına görə heyətimizə yeni futbolçu cəlb edə bilməcəyik. O zaman mən klub rəhbərliyindən komandadakı heç bir oyunçunu satmamağı xahiş etdim. Onlar mənim istəyimi yerinə yetirdikləri üçün klubla yeni müqavilə imzaladım". Bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeone Madrid klubu imzaladığı yeni müqavilə barədə danışarkən deyib. "Marca"ya müsahibə verən argentinalı mütəxəssis bildirib ki, ona Saul, Qrizmann və ya Kokeni satıb başqa futbolçuları almağı təklif etsəydilər, bununla razılaşmazdı: "Çünki mənə indiki heyət lazımdır". Onun sözlərinə görə, həmişə komandasına inanıb: "Biz “Atletiko”nu inkişaf etdirmək istəyən futbolçuları bir araya yığmışıq. Komanda təcrübəlilərlə gənclərin vəhdətindən formalaşıb”. Simeone həm La Liqa, həm də Çempionlar Liqasında uğur qazanmaq istədiklərini qeyd edib: “Çox işləmək lazımdır. Həm çempionatda, həm də digər turnirlərdə qalib olmaq istəyirik. İki dəfə Çempionlar Liqasının finalında uduzmuşuq. Xüsusilə, ikinci məğlubiyyət bizim üçün sağalmaz yara idi. Bunu unutdurmaq istəyirik”.
Qeyd edək ki, "Atletiko" C qrupunda "Çelsi", "Roma" və "Qarabağ"la birgə mübarizə aparacaq. Əlavə edək ki, D.Simeone Madrid klubu ilə müqavilənin müddətini 2020-ci ilin iyununa qədər uzadıb.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir
14.01.2019
“Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlara imza atır”
13.01.2019
Prezident Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi
13.01.2019
2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür
13.01.2019
Azərbaycanın uğurlu siyasəti Ermənistanın kriminal xunta rejiminin mahiyyətini açıb ortaya qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info