Ermənistanda media azadlığı sahəsində vəziyyət gərgindir
Tarix: 08.09.2017 | Saat: 23:24:00 | E-mail | Çapa göndər


Ermənistanda media azadlığı sahəsində vəziyyət gərgindir. İşğalçı ölkədə jurnalistlər təqib olunur, mətbu orqanlar müxtəlif bəhanələrlə bağlanılır. Parlamentin qəbul etdiyi yeni qanun isə jurnalistlərin fəaliyyətini bir qədər də məhdudlaşdıracaq. Bundan sonra Ermənistanda jurnalistlər parlamentin iclaslarında iştirak edə bilməyəcəklər. Bu barədə Ermənistan parlamentində dövlət məsələləri və insan haqlarının müdafiəsi komissiyasının sədri Qrayr Tovmasyan məlumat verib. O qeyd edib ki, müzakirələr zamanı zalda jurnalistlərin olması deputatların işinə maneə yaradır. Bu səbəbdən də media təmsilçilərinin parlamentin iclaslarına buraxılmaması qərara alınıb. Bununla bağlı yeni qanun da qəbul olunub. Qanuna əsasən, jurnalistlər dövlət qurumlarının icazəsi olmadan heç bir yerdə çəkiliş apara bilməzlər. Yalnız iki deputat, Levon Zurabyan və Nikol Poşinyan qəbul olunan yeni qanunun əleyhinə çıxıb. Onlar bildiriblər ki, onsuz da ölkədə media azadlığı yoxdur. Bunu beynəlxalq qurumlar da təsdiqləyirlər. Sərhədsiz Reportyorlar Birliyinin 180 ölkə arasında apardığı monitorinqə əsasən, Ermənistan KİV nümayəndələrinə qarşı təzyiqlərə görə ilk sıralardadır. Parlamentin qəbul etdiyi yeni qanun isə jurnalistlərin fəaliyyətini bir qədər də məhdudlaşdırır. Söz azadlığı komitəsinin sədri Aşot Melikyan deyib ki, Ermənistanda jurnalistlər addımbaşı qadağalar və təzyiqlərlə üzləşirlər. Onlar tez-tez döyülürlər. Əgər hakimiyyət media üzərində təzyiqlərinə davam edəcəksə vəziyyət daha pis olacaq. İndi ölkə mətbuatı heç vaxt olmadığı qədər təhlükə altındadır. Bir il ərzində işğalçı ölkədə jurnalistlərə qarşı səksənə yaxın zorakılıq halı qeydə alınıb. Hökumət media təmsilçilərinin mitinqləri işıqlandırması haqqında beynəlxalq səviyyədə öhdəlik götürsə də bunun əksi müşahidə olunur. İrəvanda baş verən etiraz aksiyalarında ən çox döyülən və avadanlıqları sındırılan da məhz jurnalistlər olur. Jurnalistlərin hüquqlarının addımbaşı pozulduğu Ermənistanda internetə də məhdudiyyətlər var. İnternet üzərindən fəaliyyət göstərən TV-ləri izləmək getdikcə çətinləşir. Ötən il “İlur” internet televiziyası və Qraparaq qəzetinin əmlaklarına həbs qoyulub. Seçki prosesləri zamanı da jurnalistlərə normal fəaliyyət üçün heç bir şərait yaradılmır. Seçki məntəqələrində hücumlara məruz qalan media təmsilçilərinin şikayətlərinə isə baxılmır.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Peşəsini sevən şəhid
22.01.2019
Sağlamlıq üçün beş ən faydalı şirə
21.01.2019
Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın siqnal verir
21.01.2019
“Mitinqdə müxalifət rəhbərlərinin hamısının çıxışlarında xaricdə əleyhimizə səslənən ifadələrlə üst-üstə düşən məqamlar var idi”
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info