Moldovada siyasi qalmaqal
Tarix: 08.09.2017 | Saat: 23:30:00 | E-mail | Çapa göndər


İqor Dodon: “Ali Baş Komandanın əmrinə baxmayaraq hərbçilərin göndərilməsi hakimiyyətin qəsbidir, iştirakçıların rütbələrinin aşağı salınması, hətta rütbədən məhrum edilməsi kimi sanksiyalar tətbiq ediləcək”

Prezidentin tərəfdarlarının sentyabrın 24-nə təyin etdiyi antihökumət mitinqi növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə nəticələnə bilər

Moldova dövlət başçısı İqor Dodon Ukraynada keçirilən NATO təlimlərinə bir qrup ölkə hərbçisinin göndərilməsi ilə bağlı sərt açıqlama verib. Dodon bu məsələ ilə bağlı onun qadağasını pozduğu üçün müdafiə nazirinin müavininin istefasını tələb edib. Qeyd edək ki, Ukraynada keçirilən təlimlərdə iştirakla bağlı Moldovada mübahisəli vəziyyət yaranmışdı. İqor Dodon ölkə hərbçilərinin təlimlərdə iştirakına qadağa qoymuşdu. Amma hökumət iclas keçirərək hərbçilərin təlimlərə iştirakı ilə bağlı qərar qəbul edib və hərbçilər təlimlərə cəlb edilib. Dünən bu məsələ il bağlı brifinq keçirən İqor Dodon hökuməti hakimiyyəti qəsb etməkdə ittiham edib: “Mənim qadağama baxmayaraq hərbçilərin təlimlərə göndərilməsi ilə bağlı araşdırma gedir. Bu məsələnin iştirakçılarının rütbələrinin aşağı salınması, hətta rütbədən məhrum edilməsi kimi sanksiyalar tətbiq ediləcək”. Dodonun əmri ilə hərbi hissələrdə geniş yoxlamalara start verilib. Prezidentin sözlərinə görə Ali Baş Komandanın əmrinə baxmayaraq hərbçilərin hökumət tərəfindən göndərilməsi hakimiyyətin qəsbidir. Bu hadisədən sonra Moldova dövlət başçısı əmr imzalayıb. Həmin əmrə əsasən dövlət başçısının razılığı olmadan ölkənin heç bir hərbçisi ölkə sərhədindən kənarda keçirilən təlimlər, hazırlıqlar və bu kimi tədbirlərdə iştirak edə bilməzlər. İqor Dodon bildirib ki, ölkədə prezident idarəetmə forması olsaydı, dövlət başçısının əmrinə tabe olmayaraq ölkə xaricinə əsgər yollayan hökumət istefaya göndərilərdi. Onun fikrincə, ölkədə yaranan bu vəziyyətdən yeganə çıxış yolu prezident idarəetmə formasına keçməkdir: “Hökumət belə bir qərar qəbul etməklə yerli qanunvericiliyi kobud şəkildə pozub. Hökumət hərbçilərin NATO təlimlərində iştirakını təmin etmək üçün müxtəlif hüquqi hiylələrdən istifadə edib. Təbii ki, baş nazir də ordunun bəzi neytral statusun əleyhinə olan rəhbərlərinin məsuliyyətsizliyindən istifadə edib. Prezident idarəetmə forması olsaydı konstitusiyanı pozan hökumət dərhal istefaya göndərilərdi. Moldova isə parlament respublikasıdır. Yeganə çıxış yolu xalqı prezident idarəetmə formasına keçməyə çağırmaqdır”. Moldova xarici işlər nazirinin keçmiş müavini, Diplomatik, Siyasi Araşdırmalar və Təhlükəsizlik məsələləri üzrə İnstitutun direktoru Valeri Ostalep bildirib ki, bu məsələ hüquqi mahiyyət kəsb edir: “Ölkə konstitusiyasına əsasən Moldova dövlət başçısı Silahlı Qüvvələrin Ali Baş Komandanıdır. Buna görə də prezident Konstitusiya Məhkəməsinə müraciət etməli və bu məsələni araşdırmaq üçün parlamentə müraciət etməlidir”. Moldova parlamentinin üzvü Vladimir Çurkan “Nezzvisimaya qazeta” nəşrinə açıqlamasında bildirib ki, dövlət başçısı Dodon xalqa müraciət edəcək və ümumxalq etirazın başçılıq edəcək. Onun sözlərinə görə, ölkədə yüksək nüfuza malik olan Sosialistlər Partiyası sentyabrın 24-də böyük mitinq keçirəcək. Həmin mitinq hökumətin konstitusiyanı və prezidentin əmrinin pozmasına etiraz olacaq: “Antihökumət mitinqi növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə nəticələnə bilər”. Ekspertlər bildirir ki, Dodonun Konstitusiya Məhkəməsinə müraciət etməsinin mənası olmayacaq. Doğrudur, hökumətin qərarı konstitusiyaya ziddir. Amma Ali Baş Komandanın deyil, hökumətinə əmrini yerinə yetirən müdafiə naziri kimi, Konstitusiya Məhkəməsi də dövlət başçısına qarşıdır. Ona görə də sentyabrın 24-nə təyin olunan aksiyanın genişmiqyaslı olacağı gözlənilir. 57 hərbçinin Ukraynada keçirilən təlimlərə qatılması Moldovada siyasi vəziyyəti ciddi şəkildə dəyişə bilər. Sorğular göstərir ki, xalqın hökumətə etimadı yüksək deyil. Ona görə də 24 sentyabr aksiyası genişmiqyaslı olacaq. Hələlik, Dodon vəziyyəti dəyişmək üçün lazım olan səlahiyyətlərə malik deyil. Amma xalqın genişmiqyaslı dəstəyi ona müəyyən addımlar atmaq imkanı verə bilər. Belə görünür ki, geosiyasi oyunun getdiyi Moldova siyası cəhətdən çox qaynar payıza hazırlaşır.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info