Boris Conson: “Avropa İttifaqı Türkiyədən üz döndərməməlidir”
Tarix: 08.09.2017 | Saat: 23:33:00 | E-mail | Çapa göndər


Böyük Britaniyanın xarici işlər naziri: “Biz Türkiyəni Avropa İttifaqından uzaqlaşdırmamalıyıq. Türkiyə strateji əhəmiyyətə malik ölkədir”

Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Avropa İttifaqının Türkiyədən üz döndərməsini düzgün mövqe kimi dəyərləndirmir. O, əsas kimi Türkiyənin böyük ölkə olduğunu göstərib: “Təbii ki, bu mənim şəxsi fikrimdir, lakin biz Türkiyəni Avropa İttifaqından uzaqlaşdırmamalıyıq. Türkiyə strateji əhəmiyyətə malik möhtəşəm bir ölkədir”. İngilis nazir bu sözləri Tallin televiziyası ilə çıxışı zamanı bildirib. Xatırladaq ki, Estoniyanın paytaxtında Avropa İttifaqına üzv olan ölkələrin xarici işdlər nazirlərinin qeyri-rəsmi görüşü keçirilir. Tədbirdə “Şərq Tərəfdaşlığı”nın təşəbbüsü ilə Ukrayna da daxil olmaqla Avropa İttifaqına üzv olmaq üçün namizəd ölkələrdən olan həmkarları ilə görüş keçiriləcək. Consonun sözlərinə görə, yığıncağa qatılan ölkə nümayəndələrinin bu məsələ ilə bağlı vahid mövqeyi var: “Onlar əmin olmaq istəyirlər ki, Türkiyə doğru istiqamətdə hərəkət edir”. Qeyd edək ki, Avropa İttifaqı ilə Türkiyə arasındakı münasibətlər bu ölkədə silahlı çevriliş cəhdindən sonra pisləşməyə başlayıb. Avropa İttifaqı hərbi çevriliş cəhdindən sonra ölkədə dövlətə xəyanətdə iştirak edənlərn kütləvi həbsləri ilə bağlı Ankaranı tənqid edir. Bir neçə Avropa dövləti, əsas da Almaniya ilə münasibətlərin kəskinləşməsi Türkiyənin Avropa İttifaqına daxil olması prosesini də sual altına alıb. Berlin Türkiyə ilə danışıqların dayandırılması ilə bağlı çağırış edib. AFR kansleri Angela Merkel Avropa İttifaqının bu ilin oktyabrında keçiriləcək toplantısında Türkiyənin təşkilata üzv olması mövzusunda müzakirələrin dayandırılması və ya yekunlaşması məsələsini qaldıracağını bəyan edib. Qeyd edilməlidir kit, Avropa İttifaqının Tallində keçirilən qeyri-rəsmi tədbirində Fransız hökumətinin rəsmi nümayəndəsi Kristof Castaner də ölkəsinin Ankara ilə danışıqları davam etdirməyi düşünmədiyini bildirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal
20.09.2018
Şinzo Abe yenidən Yaponiyanın hakim Liberal Demokratik Partiyasının sədri seçilib
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info