“Aura” Sağlamlıq mərkəzində aksiya keçirilir
Tarix: 11.09.2017 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


İdmanla məşğul olmaq istəyən qadınlar üçün “Aura” sağlamlıq mərkəzində aksiya keçirilir. Aksiyanın şərtlərinə əsasən qadınlar üçün bazar ertəsi və cümə günləri daxil olmaqla hər gün səhər saat 10:00-dan axşam saat 17:00-ə qədər vaxtı əhatə edən müddətdə bir illik abunə qiyməti 1175 AZN və 6 aylıq abunə qiyməti 750 AZN təşkil edir.
“Aura” Sağlamlıq mərkəzinin üzvləri 3 yaşına qədər uşağı özləri ilə gətirə bilərlər. 3 mərtəbəli “Aura” sağlamlıq mərkəzində peşəkar idmanla məşğul olmaq üçün hər bir şərait var. Sağlamlıq mərkəzinin üçüncü mərtəbəsində skvoş, stolüstü tennislə məşğul olmaq üçün kortlar və yoqa, aerobika və pilates dərsləri ilə məşğul olmaq üçün idman zalı fəaliyyət göstərir. Abunə qiymətinə mərkəzin yoqa, pilates və aerobika dərslərində iştirak etmək də daxildir.
“Aura” sağlamlıq mərkəzinin ikinci mərtəbəsində sahəsiümumi sahəsi 3 500 kv.metr sahəsi olan trenajor zalı və idmanın boks növü ilə peşəkarcasına məşğul olmaq üçün zal fəaliyyət göstərir. Trenajor zalında bütün qrup əzələləri möhkəmləndirmək üçün 50-dən artıq müasir trenajor, ürək əzələlərini möhkəmləndirmək və artıq çəkidən azad olmaq üçün kardio trenajorlar quraşdırılıb. Qonaqlar kardio zonadakı trenajorlarda quraşdırılmış displeylərdə 30-a qədər televiziya kanalına baxa bilirlər. Eləcə də, açıq tennis kortu, spa-terapevtlərin xidmətləri, istirahət otaqları, qapalı və ilin isti vaxtlarında açıq havada işləyən 2 hovuz “Aura” klubunun daimi üzvlərinə xidmət edir. Mərkəzə gələnlərə dəsmallar, xələtlər və nəleyin və kosmetik vasitələr verilir.
“Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel & Spa Baku” oteli 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar, “Aura” sağlamlıq mərkəzindən ibarətdir.




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
“Bakcell” gənc developerlər üçün məzun gecəsi keçirib
18.03.2019
“Ntv.com.tr”: “Azərbaycanda İlham Əliyevdən Novruz əfvi”
18.03.2019
“Sağlamlıq-2018” Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb
18.03.2019
Novruz bayramı türkdilli xalqlarda etno-mədəni hadisədir
18.03.2019
Bakı şəhəri ilə Dərbənd və Maqas şəhərləri arasında Memorandum imzalanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info