Polşada “sərxoş meşə” diqqət cəlb edir
Tarix: 11.09.2017 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


Polşanın şimal-qərbində Qərbi Pomeraniya voyevodalığının ətrafındakı “əyri” və ya “sərxoş” adlandırılan meşə təxminən 400 məşhur şam ağacından ibarətdir.
AZƏRTAC xəbər verir ki, ağacların bu qədər məşhur olmasının səbəbi isə maraqlı gövdələridir. Belə ki, ağacların gövdələri yerdən təxminən 25 santimetr hündürlükdə şimal istiqamətində 90 dərəcə əyilir, daha sonra isə yenidən düzləşir. Almaniya ilə sərhəd olan Pomeraniyada 1930-ci ildə salınmış meşədəki ağacların qeyri-adi quruluşa malik olmasının səbəbi hələ də dəqiq şəkildə müəyyənləşdirilməyib. Bəziləri ağacları güclü küləklərin əydiyini, digərləri isə sırf mebel istehsalı üçün bu cür əkildiyi versiyasını irəli sürüblər. Digər bir maraqlı versiyaya görə, bir seleksiyaçı insanların meşədə azmaması üçün belə addım atıb. Ona görə bütün ağaclar şimala tərəf əyilib. Lakin İkinci Dünya müharibəsinin başlanması səbəbindən həmin seleksiyaçı ideyasını sona qədər reallaşdıra bilməyib.
Qrifino şəhərindəki 1,7 hektar ərazini əhatə edən həmin meşədə müşahidə olunan digər qeyri-adi hadisə isə burada quşların yaşamamasıdır. Maraqlıdır ki, həmin meşənin yaxınlığında yerləşən bütün digər şam ağacları tamamilə normal haldadır.
Hazırda əsl turizm məkanına çevrilən meşə təbiət abidələri siyahısına daxil edilib və dövlət tərəfindən qorunur.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info