Parisdə Azərbaycan dili dərslərinin tədrisinə başlanılıb
Tarix: 11.09.2017 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Paris Azərbaycan Evi Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə Paris və Paris ətrafında yaşayan məktəblilər üçün həftəsonu Azərbaycan dili dərslərinin tədrisini bu il də davam etdirəcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən “Palitra”ya verilən məlumata görə, artıq 4 ildir fəaliyyət göstərən həftəsonu məktəbində yeni tədris ilinin ilk dərsi keçirilib. Azərbaycan Evinin sədri, məktəbin direktoru Mirvari Fətəliyeva yeni dərs ilinin başlaması münasibətilə uşaqları və valideynləri təbrik edərək Azərbaycan dili  dərsləri haqqında məlumat verib. Eyni zamanda, bu ölkədə doğulub böyümüş azərbaycanlı uşaqların gələcəkdə milli mənsubiyyət  problemlərinin yaranmaması üçün, doğma ölkələrinə bağlılığını təmin etmək məqsədilə həftəsonu dərslərinin rolunun böyük olduğunu qeyd edib.
Vətəndən kənarda dilimizin öyrənilməsi uçun həyata keçirilən bu layihə Azərbaycan mədəniyyətini təbliğ edən Paris Azərbaycan Evinin uğurlu layihələrindən biridir. Dərslərdə şagirdlərə Azərbaycan dili və ədəbiyyatı, tarixi, coğrafiyası, həmçinin zəngin mədəniyyəti tədris olunur.
Dərslər iki sinifdən ibarət olaraq 5-12 yaşlı uşaqlar üçün nəzərdə tutulub . Təmənnasız olaraq keçirilən dərsləri saat yarım ərzində  Mehri Quliyeva və Nazilə Şəfiyeva tədris edir.
Tədris ilinin ilk günündə şagirdlərə dərsliklər, dərs ləvazimatları paylanılıb, dərsin mövzusu isə dövlət atributlarına və ana dili qrammatikasına həsr edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info