Aztəminatlı ailələrə dekoderlərin verilməsi üzrə yeni təkliflər hazırlanır
Tarix: 06.05.2013 | Saat: 22:23:00 | E-mail | Çapa göndər


Azərbaycanda rəqəmsal televiziya yayımının tətbiqi çərçivəsində aztəminatlı ailələrə dekoderlərin imtiyazlı verilməsi məsələsinə yenidən baxıla bilər. Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Onun sözlərinə görə, hazırda əsas məqsəd bütün ölkə ərazisində rəqəmsal televiziya yayımını təmin etmək və təkcə sosial TV-paketlər deyil, digər TV-paketləri hazırlamaqdır: "Əsas prioritet məhz buna verilir. Payız aylarınadək aztəminatlı ailələr, onlara imtiyazlı dekoderlərin verilməsi üzrə ümumi məbləğ hesablanaraq Nazirlər Kabinetinə təqdim olunacaq". Nazir onu da əlavə edib ki, bu ilin sonunadək Azərbaycanda analoq televiziya yayımı dayandırılacaq və ölkə əhalisi dekoderləri ala biləcək, aztəminatlı ailələr isə dövlət hesabına sözügedən avadanlıqla təmin olunacaq. Nazir qeyd edib ki, Azərbaycanın ilk milli süni telekommunikasiya peyki olan "Azərspace-1"in resurslarından istifadəyə artıq başlanılıb və hazırda peykin müəyyən hissəsi Şimali Afrika operatorlarına satılıb: "Əsas məqsədimiz yerli radio və televiziya kanallarının yayımını sputnik vasitəsilə təmin etməkdir ki, artıq texnoloji işlər başa çatdırılıb. Lakin müəyyən müqavilələrin imzalanmasına, eyni zamanda fərdi şəxslərin antenalarının köklənməsi kimi işlərə ehtiyac var".




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info