Niderland radiosunda Azərbaycan haqqında danışılıb
Tarix: 11.09.2017 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatının sədri, həmyerlimiz, Niderland Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasov və təşkilatın katibi Vim van Embden bu günlərdə Radio Sxouven Dəüvlandda (Schouwen-Duiveland) aparıcısısı Geert Jan de Bruijn olan proqramın qonağı olublar. Bu barədə təşkilatın sədri Vüqar Abbasov məlumat verib. Onun sözlərinə görə proqram vaxtı iki ölkə arasındakı əlaqələrdən söhbət açılıb. Azərbaycanın turizm imkanları barədə geniş danışan soydaşımız indi Azərbaycana viza almağın daha asan olduğunu bildirərək bunu internet üzərindən bir neçə dəqiqəyə etməyin mümkünlüyünü deyib. Ötən ilin yay fəslində Azərbaycanda olmuş “Connect”in katibi Vim van Embden isə Bakının olduqca gözəl şəhər olduğundan, yerli əhalinin insanpərvərliyindən, tolerantlığından və.s. söhbət açıb. Niderlandlı turizm həvəskarlarını Azərbaycana dəvət edən Vim qeyd edib ki, o özü də növbəti tətillərindən birini mütləq bu ölkədə keçirtmək istəyir. Daha sonra isə söhbət Niderland məhsullarının Azərbaycanda və əksinə, Azərbaycan məhsullarının Niderlandda tanıdılmasından danışılıb. Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli sədri ilə görüşündən danışan Vüqar Abbasov bildirib ki, əgər hər hansı bir Niderland şirkəti Azərbaycanda iş görmək istəyərsə cənab səfir də bu barədə öz fikirlərini həmən şirkətlə bölüşməyə hazırdır. Daha sonra soydaşımız proqramın aparıcısına Azərbaycan çayı və üzərində Bakıya aid şəkil olan fincan hədiyyə edib və Geert Jan de Bruijn canlı yayımda bu barədə dinləyicilərə danışaraq soydaşımıza təşəkkür edib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info