ADTGT Salyanda maarifləndirici informasiya sessiyası təşkil edib
Tarix: 06.05.2013 | Saat: 22:26:00 | E-mail | Çapa göndər


Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatından (ADTGT) qəzetimizə verilən məlumata görə, təşkilat Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “İbtidaidən aliyə: insan hüquqlarının tədrisi” adlı layihə çərçivəsində Salyan rayonunda 60-a yaxın yeniyetmə və gəncin iştirakı ilə ilk maarifləndirici informasiya sessiyası təşkil edib.
Layihənin I mərhələsində hazırlıq işlərindən, çap materiallarının nəşrindən, regionlarda insan hüquqları və fundamental azadlıqların tədrisinə dair sorğu və monitorinqlərin keçirilməsi və hesabatın hazırlanmasından sonra maarifləndirici informasiya sessiyalarına start verilib. 3 gün davam edən maarifləndirici informasiya sessiyasının açılışında Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov, rayon İcra Hakimiyyətinin və Təhsil şöbəsinin əməkdaşları, ADTGT sədri Asif Əsgərli, sədr müavini Gülnarə Bağırova və layihə təlimçisi-ekspert Dadaş Əhmədov iştirak ediblər.
Rəsmi hissədən sonra informasiya sessiyası təlimçi-ekspert tərəfindən interaktiv üsullarla davam etdirilib. İlk olaraq yeniyetmə və gənclərə testlər təqdim olunub və onlar cavablandırılıb. İnsan hüquqları, əsas haqlar, fundamental azadlıqlar, uşaq hüquqları və digər maraqlı mövzularda geniş məlumatlar verilib və təqdimatlar keçirilib. İnformasiya sessiyasında yeniyetmə və gənclərin sual-cavabları, maraqlı fikir, mövqeyi və təklifləri dinlənilib. Rəsmilər və müəllimlər iştirakçılara paylanan kitabça və təbliğati plakatların bu sahədə bilik və məlumatların artmasında əhəmiyyətli rol oynacağını vurğulayıblar. Müxtəlif mövzularda davam edən sessiyanın sonuncu günü yeniyetmə və gənclərin əldə etdikləri informasiya səviyyələrini müəyyənləşdirmək üçün qiymətləndirmə aparılıb. Layihənin icra planına əsasən, növbəti maarifləndirici informasiya sessiyasının yaxın günlərdə Ağsu rayonunda keçirilməsi nəzərdə tutulur.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
Elçibəyin xanımının hüzr mərasimi Heydər Məscidində keçiriləcək
18.06.2019
CASCFEN sonuncu seminarını Sabunçu rayonunda keçirib
18.06.2019
“Azərxalça”nın Qazax, Tovuz və Şəmkir filiallarının xalçaları qəbul edilib
18.06.2019
Şamaxıda müharibə veteranlarının və əlillərin toplantısı olub
18.06.2019
IDEA ilə Ümumdünya Turizm Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10807

1 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
2 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Çilidə güclü zəlzələ olub
5 Diaspor rəhbərinə Rusiya Prezidentinin fəxri fərmanı təqdim olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info