4 mindən çox müəllim işə qəbul olunub
Tarix: 11.09.2017 | Saat: 14:07:00 | E-mail | Çapa göndər
Azərbaycanın təhsil sistemi yeni tədris ilinə tam hazırdır. Təhsil naziri Mikayıl Cabbarov deyib ki, yay aylarında bütün lazımi və zəruri işlər həyata keçirilib. Bu işlər arasında ən vacibi müəllimlərin mərkəzləşdirilmiş imtahanı nəticəsində 4 mindən çox yeni müəllimin işə qəbul olunmasıdır: “Hazırda proses davam edir. Bu il təhsil sahəsində əldə olunan ən mühüm nəticələrdən biri də müəllim peşəsi nüfuzunun tam bərpa edilməsidir. Bunu müəllimlərin işə qəbul imtahanlarında iştirak edən namizədlərin sayından görürük. Bu il müsabiqəyə 49 min namizəd qatılıbsa, 2013-cü ildə bu rəqəm 14 minə yaxın idi. Müəllimlik ixtisaslarını seçən abituriyentlərin ballarının artdığını da müşahidə edirik. Əvvəllər 500-600 balla müəllimlik ixtisasına gedən abituriyentlər yox idisə, bu gün onların sayı yüzlərlədir”.
Nazir dərsliklərin hazırlanması prosesinə də aydınlıq gətirib. O qeyd edib  ki, ölkə qanunvericiliyə uyğun olaraq, hər bir dərsliyin istifadə müddəti 4 ildir: “Dörd ildən bir həmin dərsliklər yenidən çap edilir. Təhsil Nazirliyi dərslik istifadəçilərinə, şagirdlərə, valideynlərə, müəllimlərə bu məqamı xatırladır. İstifadə olunan dərslik növbəti ildə başqa bir şagirdə ötürülür”. 

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.11.2017
Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
18.11.2017
Suraxanı rayonunda iməcilik keçirilib
18.11.2017
Bakıda “Böyük tələbə layihəsi”nin 25 illiyi qeyd edilib
17.11.2017
Dövlət dilinə dövlətin qayğısı
17.11.2017
Rusiyanın nüfuzlu universiteti UNEC təcrübəsini öyrənmək istəyir

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7725

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info