Bakı Nəqliyyat Agentliyi “Çağrı Mərkəzi”nin internet saytını yeniləyib
Tarix: 11.09.2017 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


“Bakı Nəqliyyat Agentliyi (BNA) vətəndaşlardan daxil olan müraciətlərin obyektiv araşdırılması və cavablandırılması, fəaliyyətin təkmilləşdirilməsi üçün təhlillərin aparılması, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə “141 - Çağrı Mərkəzinin” fəaliyyəti ən son texnoloji yeniliklər nəzərə alınmaqla yenidən qurur və alo141.az internet portalı da bu çərçivədə reallaşdırılan mühüm işlərdən biridir”.
 
BNA-nın aparat rəhbəri Fərid Nuriyev vurğulayıb ki, alo141.az multifunksional bir portal olaraq istifadəçilərə Bakı şəhərinin ictimai nəqliyyatından istifadə, eyni zamanda digər əhəmiyyətli məlumatları təqdim edir. F.Nuriyev bildirib ki, saytın yaradılmasında məqsəd həm ölkə vətəndaşlarına, həm də ölkəmizə gələn turistləri paytaxtın nəqliyyat şəbəkəsi haqqında maarifləndirmək və paytaxtda mövcud marşrutlar barədə detallı məlumat verməkdir.
 
“Sayt 3 - Azərbaycan, rus və ingilis dillərində istifadəyə verilir. Əsas menyuda, BNA-nın “ALO141 Çağrı Mərkəzi” haqqında ümumi məlumatla, paytaxtın ictimai nəqliyyat sistemində ən son xəbərlərlə və daha çox ünvanlanan sualların cavabları ilə tanış olmaq mümkündür. Hal-hazırda portalda 6 əsas bölmə işlənib hazırlanıb. Gələcəkdə istifadəçilərin də fikirləri və təklifləri nəzərə alınmaqla, digər faydalı bölmələrin də istifadəyə verilməsi nəzərdə tutulur”, - deyə BNA aparat rəhbəri əlavə edib.
 
Saytda olan “Şikayət və təkliflər” bölməsi vasitəsilə vətəndaşlar bna.az rəsmi internet səhifəsindən birbaşa və ya elektron poçt ünvanına məktub göndərməklə, eyni zamanda “facebook” sosial şəbəkəsində BNA-nın rəsmi səhifəsinin “ismarıc” bölməsi və şərhlər vasitəsilə müraciət edə bilər. Bundan əlavə, “ALO141 - Çağrı Mərkəzi”nə telefon vasitəsilə olan müraciətlərlə yanaşı, portalda məhz "Şikayət və təkliflər" bölməsi ilə istifadəçilər BNA-ya rəsmi müraciət edə biləcəklər. Bu bölmədə ictimai nəqliyyat ilə bağlı hər növ təklif və ya şikayətləri həftənin 7 günü 24 saat olmaqla ad, soyad, telefon nömrəsi və müraciətin aid olduğu kateqoriyanı seçməklə ünvanlaya bilərlər.
 
Digər “Necə getməli?(Gediş planı)” bölməsi istifadəçilərə səfərlərini əvvəlcədən planlaşdırmaq üçün iki sadə üsul təqdim edir:
 
1. Hal-hazırda olduğu ünvanı və gedilən ünvan qeyd edilməklə;
2. A və B nöqtələrini "maus"un sol düyməsi ilə hal-hazırda olduğu və gedəcəyi ünvanın üzərinə daşıyaraq.
 
Burada, hansı məsafəni piyada, hansı avtobusla və ya metronun yaşıl və ya qırmızı xətti ilə gediləcəyi, dayanacaqların sayı, ictimai nəqliyyatda istifadə olunacaq zaman, eyni zamanda istifadəçinin şəxsi minik avtomobili ilə necə getməli olduğu və sərf edəcəyi zaman göstərilir.
 
Saytın başqa bir bölməsi bölmə “Taksi” bölməsidir ki, burada Bakı şəhərində sifarişli taksi xidməti ilə məşğul olan şirkətlər barədə məlumat almaq mümkündür.
 
“Avtobuslar” bölməsində isə  istənilən marşrutun nömrəsini seçməklə, xəritədə həmin marşrutun getdiyi yolu, əsas dayanacaqları və xəttin uzunluğunu görmək olar. Bütün bölmələrdə olduğu kimi, burada da xəritə və peykdən görünüş mümkündür.
 
Saytda daha bir bölmə “Nəqliyyat Mübadilə Mərkəzləri – Hablar”la bağlıdır. Bu bölmədə hal-hazırda fəaliyyət göstərən hablar barədə məlumat, həmin hablara daxil olan və çıxan marşrutların siyahısı və son dayanacağı haqqında məlumat almaq mümkündür. Eyni zamanda, habda olan marşrutun üzərinə klikləməklə, "Avtobuslar" bölməsinə keçid etmək olar.
 
Sonuncu bölmə isə “Yollarda vəziyyət” bölməsidir. Bu bölmədə paytaxt yollarındakı tıxaclar barədə məlumat əldə etmək mümkündür. Bölmənin metrikası “Google” üzərində yığılıb.
 
BNA-nın aparat rəhbəri Fərid Nuriyev onu da qeyd edib ki, hal-hazırda saytın mobil əlavəsi üzərində iş gedir: “Lakin həm planşet, həm də mobil telefon vasitəsilə alo141.az saytına daxil olmaq mümkündür. Qısa zamanda isə saytın mobil əlavəsi hazır olacaq, hazırda bunun üzərində iş gedir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info