Naxçıvanda müasir və keyfiyyətli mebellər istehsal olunur
Tarix: 11.09.2017 | Saat: 19:34:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasında sənaye potensialının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bunun üçün sənaye istehsalı ilə məşğul olan ayrı-ayrı müəssisələr yaradılır ki, bu da daxili bazarın tələbatının ödənilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Belə müəssisələrdən biri də “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Bu günlərdə adıçəkilən ünvanda olduq. İş prosesi ilə tanışlıq zamanı öyrəndik ki, istehsal müəssisəsi 2010-cu ildə fəаliyyətə başlayıb. Burada müxtəlif çeşiddə keyfiyyətli məhsul istehsalı üçün Almaniya, İtaliya və Türkiyədən müasir texnoloji avadanlıqlar alınıb quraşdırılıb. Hazırda fabrikdə divan-kreslo və yumşaq oturacaqlı stullar, həmçinin ofis, mətbəx, yataq, qonaq və uşaq otağı mebelləri, müxtəlif qapı-pəncərə modelləri hazırlanır.
Bu ünvanda müştərilər müxtəlif ağac profilli qapı və pəncərələr, modern və klassik üslubda dizayn edilmiş mebellər, binalar üçün müxtəlif avadanlıqları seçə, dizayn-dekorasiya xidmətlərindən yararlana bilərlər. Ötən dövrdə artan tələbat nəzərə alınaraq yeni istehsal sahələrinin yaradılmasına təşəbbüs göstərilib. Bu təşəbbüsə dövlət qayğısı nəticəsində nail olunub. Belə ki, fabrik tərəfindən silikon yorğan-döşək və yataq bazası istehsalı sahələrinin biznes-planı hazırlanaraq muxtar respublikanın Sahibkarlığa Kömək Fonduna təqdim edilib. Layihəyə uyğun olaraq, müəssisənin ərazisində yeni istehsal sahəsi üçün bina inşa olunub. Türkiyənin “Elektroteks” və “İMS Makina” şirkətlərindən avadanlıqlar alınıb gətirilib və idxal olunan dəzgahlar həmin şirkətlərin mütəxəssisləri tərəfindən quraşdırılıb. İstehsal sahəsində çalışan yerli mütəxəssislərin hazırlanması üçün işçilərin ixtisasartırma kurslarında iştirakı təmin edilib. Yeni yaradılan istehsal sahəsinin gücü saatda 200 ədəd yorğan, gündə 100 ədəd döşək və 100 ədəd yataq istehsalına çatır.
Müəssisədə məhsulların keyfiyyətinə nəzarət göstərilməsi üçün laboratoriyada müasir avadanlıqlar quraşdırılıb. Hazırlanan məhsulların satışı da diqqət mərkəzində saxlanılır. “Gəmiqaya” tanıtım nişanı ilə istehsal olunan bu məhsullar fabrikin sərgi-satış salonunda, Naxçıvan şəhərinin “Təbriz” küçəsində, Babək məhəlləsində və Ordubad şəhərində fəaliyyət göstərən mebel mağazalarında satışa çıxarılır. Sevindirici haldır ki, müəssisənin istehsal etdiyi müxtəlif dizaynlı mebellər ölkəmizin digər regionlarında da böyük alıcı rəğbəti qazanıb. Bunlar nəzərə alınaraq Bakı şəhərinin Nərimanov və Neftçilər prospektlərində, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Azərbaycanın digər bölgələrində satış mərkəzləri yaradılıb. Müəssisə işçiləri qazanılan nailiyyətlərlə kifayətlənməyib və gələcəkdə daha böyük uğurlara imza atmaq niyyətindədirlər.
Bu gün hər bir muxtar respublika sakini xaricə getmədən Naxçıvanda istehsal olunan, dünyanın ən müasir mebelləri ilə rəqabətə girə biləcək keyfiyyətli məhsullar əldə edə bilər. Bu imkanı isə sakinlərə “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradıb.
AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info