Lapşin ekstradisiya məsələlərinin uzanmasını bəhanə gətirərək intihara cəhd edib
Tarix: 11.09.2017 | Saat: 20:07:00 | E-mail | Çapa göndər


"Aleksandr Lapşin ekstradisiya məsələlərinin uzanmasını bəhanə gətirərək intihara cəhd edib". 
 
Bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumatda bildirilib. 
 
Məlumatda qeyd olunub ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2 və 52.1 maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş Lapşin Aleksandr Valeryeviç cəza çəkdiyi müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hüquqlarla tam təmin edilib: “Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan A.Lapşinə bu səfirliklərin ölkəmizdə akkreditə olunmuş nümayəndələri, habelə ailə üzvləri ilə dəfələrlə görüşlər təqdim edilib.
 
 
İstintaq dövrü ərzində həbsdə saxlanılan A.Lapşin mütəmadi olaraq həkim nəzarətində olmuş, tələb olunan səviyyədə tibbi müayinə və müalicə ilə təmin edilmişdir. 10 sentyabr 2017-ci il tarixdə A.Lapşin ekstradisiya məsələlərinin uzanmasını bəhanə gətirərək intihara cəhd etmişdir. Lakin saxlanıldığı istintaq təcridxanası əməkdaşlarının sayıqlığı nəticəsində intihara cəhdin qarşısı alınmış və A.Lapşinə lazımi tibbi yardım göstərilib”.
 
Bildirilib ki, sentyabrın 11-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Konstitusiyanın 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq Lapşin Aleksandr Valeryeviçin əfv edilməsi haqda Sərəncam imzalayıb. Sərəncama əsasən A. Lapşin qanunvericiliyin tələblərinə uyğun olaraq cəzasının qalan hissəsini çəkməkdən azad ediləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info