ABŞ-da atışmada 8 nəfər həlak olub
Tarix: 11.09.2017 | Saat: 23:00:00 | E-mail | Çapa göndər


ABŞ-ın Texas ştatında atışmada ən azı 8 nəfər həlak olub. "Associated Press"in məlumatına görə, hadisə sentyabrın 10-da axşam Pleyno şəhərində qeydə alınıb. Hüquq-mühafizə orqanının nümayəndəsi Devid Tilli bildirib ki, evlərdən birində atışma baş verdiyi barədə polisə məlumat daxil olub. Ünvana gələn polislər hadisəni törədən şəxsi atışma zamanı öldürüblər. Evdə daha 7 meyit aşkarlanıb, iki nəfər isə yaralı olub. Hadisəni törədənin və qurbanlarının şəxsiyyəti hələlik məlum deyil. İnsidentin nədən baş verdiyi də hələ ki, qaranlıq qalır. "Daily Mail" nəşri insidentin başlanmasının şahidi olan şəxsə istinadən yazır ki, qadınla kişi arasında küçədə mübahisə olub. Mübahisənin nədən baş verdiyini bilmədiyini deyən şahid qeyd edib ki, qadın daha sonra evə qaçıb. "Qadın evə girdikdən sonra kişi tapançasını çıxararaq atəş açmağa başladı. O, atəş açmağa başlayanda mən qaçdım, çünki heç nəyə görə gülləyə tuş gəlmək istəmədim", - deyə şahid bildirib. Digər şahidlər ümumilikdə 30-40 atəş səsi eşitdiklərini deyiblər.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
Stokholmda Azərbaycan tədris kursları açılıb
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info