Floridanın bölgələrində “İrma” qasırğasının fəsadları davam edir
Tarix: 11.09.2017 | Saat: 23:02:00 | E-mail | Çapa göndər


Bir qədər zəifləmiş olan, lakin hələ də təhlükəli olan “İrma” qasırğası bazar günü Meksika körfəzinin sahillərində xeyli ziyan vurub. Güclü külək və yağıntı ilə müşayiət olunan qasırğa nəticəsində Floridanın cənubunda böyük ərazilərin elektrik təchizatı pozulub. Mayamidə göydələnlərin çoxuna ciddi ziyan dəyib. Florida Ştatının Neypls və Ford-Mayers şəhərlərindən şimala doğru – Sarasota, Tampa və Sankt-Peterburq şəhərlərinə qədər yerləşən yaşayış məntəqələrinin sakinləri sığınacaqlara toplaşıblar. Onlar son 100 ildə ən güclü təbii fəlakətlərdən biri hesab edilən bu qasırğa səngiyənə qədər bu sığınacaqlarda qalmalı olacaqlar. Bazar günü günortadan sonra “İrma” qasırğası Marko adasında daha ciddi hiss olunub. Hidrometeoroloqların məlumatına görə, qasırğanın şiddəti bir qədər azalaraq üçüncü kateqoriyaya aid edilib, küləyin maksimal sürəti saatda 195 kilometr olub. Qasırğalar üzrə Milli Mərkəzin verdiyi məlumata görə, bir neçə saatdan sonra qasırğa bir qədər də zəifləyərək ikinci kateqoriya səviyyəsinə, küləyin sürəti isə saatda 175 kilometrə düşüb. Bununla belə, hidrometeoroloqlar xəbərdarlıq ediblər ki, qasırğa kateqoriyasının azalmasına baxmayaraq “İrma” hələ də təhlükəlidir. Bazar günü axşam saatlarında dalğaların hündürlüyü 4,6 metrə çatırdı. Ştatın cənubunda bir neçə fəal tornado halları qeydə alınıb.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info