Dünyanı kim idarə edəcək?
Tarix: 11.09.2017 | Saat: 23:15:00 | E-mail | Çapa göndər


Doğrudan da, böyük maraq kəsb edən sualdır. Aparıcı alimlər həyəcan təbili çalırlar. Onlar əsas kimi, bunun III Dünya müharibəsinə gətirib çıxara biləcəyini iddia edirlər.
«Süni intellekt yalnız Rusiyaya şamil edilməməlidir, təbii ki, bu, bütün dünya insanlarının gələcəyidir. Əlbəttə, burada böyük imkanlar və bugünkü təhdidləri təxmin etmək çətindir. Bu sahədə kimin lider olacağı da, hələ ki, sual altındadır». Bu fikirlər rusiyalı tələbələrlə görüşü zamanı Putinin süni intellektə dair bəzi ifadələrindən biridir. Qeyd edilməlidir ki, o da gələcəyin dünya müharibələrindən təcrid olunmadığını istisna etmir: «Bu müharibə bir tərəfin dronlarının digər tərəfin dronlarını məhv etdikdən sonra başa çatacaq. Bu zaman birincinin, sadəcə olaraq, təslim olmaqdan başqa heç bir seçimi qalmayacaq».
Artıq kompüterlər getdikcə cəmiyyətin həyatına nüfuz etməklə "insan keyfiyyətləri"ni də özündə cəmləşdirib. Bu, neyron şəbəkələrin 20 il əvvəlkindən daha mürəkkəbləşdiyinə bağlıdır: «Bu gün kompüterlə bağlı bir çox sahələrdə təsirli irəliləyişlər olmaqdadır. Məsələn, kompüterlər verilən şəkilləri tanımaqla yanaşı, danışıq nitqini mətnə də çevirə bilər. Artıq bu sahədə "dərin təlim" adlanan çox təsirli bir tərəqqi əldə edilib. Bununla yanaşı, bu proqram çox böyük miqdarda məlumatlara malikdir». Bu fikirləri Kral Texnologiya İnstitutunun professoru Stefan Karlsson bildirir. «Şübhəsiz ki, qərarların qəbul edilməsi lazım olan bütün sahələrdə istifadə edilə bilər»-deyə, o əlavə edir.
Ancaq qeyd edilməlidir ki, bir çoxları süni intellekti müsbət bir şey kimi dəyərləndirmirlər. Məsələn, süni intellekt sahəsində çalışan 116 müəssisə təsisçiləri süni intellekt vasitəsilə fəaliyyət göstərən silahların qadağan olunması ilə bağlı BMT-yə məktub ünvanlayıblar. Maraqlıdır ki, məktuba imza atanlardan biri də ABŞ-ın «Tesla» və «SpaceX İlon Mask» şirkətlərinin qurucusu İlon Maskdır. «Çin və Rusiya tezliklə çox güclü informasiya texnologiyaları olan ölkələr olacaq. Mənim fikrimcə, süni intellekt sahəsində milli səviyyədə üstünlük üçün mübarizə Üçüncü Dünya müharibəsinin ən çox ehtimal olunan səbəbi olacaq»-deyə, Mask özünün «Twitter» səhifəsində yazır. «III Dünya müharibəsinin başlanmasını, çox güman ki, dünya liderlərinin təşəbbüsü deyil, süni intellekt müəyyən edəcək. Hər hansı önləyici bir zərbə qələbə yolu olacaq». Bu fikirlər də İlon Maska aiddir.
Xatırladaq ki, süni intellektdən gündəlik həyatımızda müxtəlif yollarla istifadə edirik. Bu ifadə 1956-cı ildə Amerika kompüter mütəxəssisi Con Makkarti tərəfindən icad edilib. Onun loru dildə tərifi «ağıllı maşınlar yaratmaq üçün elm və texnologiya" deməkdir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info