Turistlərin gəlişində 24 faiz artım qeydə alınıb
Tarix: 11.09.2017 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


2017-ci ilin ilk altı ayı ərzində “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 14 faizinin icrası tamamlanıb, 56 faizinin icrası üzrə işlərə başlanılıb.
Bu barədə Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir. Qeyd olunur ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin ilk altı ayında ölkəyə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 24 faiz artım, həmin şəxslərin ölkədə bank kartları üzrə əməliyyatlarında isə 93 faiz artım qeydə alınıb. Turizm sektorunda qurumlar arasında koordinasiyanın təmin edilməsi məqsədi ilə Azərbaycan Turizm Şurası, turizm sahəsində təbliğat-təşviqat tədbirlərinin daha mərkəzləşdirilmiş qaydada təşkili məqsədilə isə Milli Turizm Təbliğat Bürosu yaradılıb. Ölkəyə gələn turistlərin dövlət sərhədinin buraxılış məntəqələrindən sürətli keçidinin təmin olunması və viza sisteminin asanlaşdırılması üçün müvafiq normativ hüquqi aktlar qəbul edilməklə, sürətləndirilmiş elektron vizanın verilməsi müddəti 3 gündən 3 saatadək endirilib. Regionlarda turizm sektorunun inkişafı məqsədilə turizm və rekreasiya zonalarında bütün turizm xidməti obyektlərinin tikintisinə, eləcə də digər regionlarda 2-3 ulduzlu və “hostel” tipli yerləşdirmə vasitələrinin tikintisinə investisiya təşviqi sənədinin verilməsi yolu ilə həmin ərazilərə investorların cəlb edilməsi nəzərdə tutulub. Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsindən turizm məqsədləri üçün daha səmərəli istifadəsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı” qəbul edilib. Bundan əlavə, ölkəmizə turist səfərlərinin sayının artmasına təkan verəcək birinci Bakı Ticarət Festivalı keçirilib. Hesabatda bildirilir ki, əsas problemlərdən biri Milli Turizm Təbliğat Bürosunun fəaliyyətinin təşkili nəzərdə tutulduğu qaydada tam təmin edilməməsidir. Eyni zamanda, turizm sənayesinin maliyyələşdirilməsində çatışmazlıqlar mövcuddur. Səndəddə tövsiyə olunur ki, beynəlxalq təcrübə nəzərə alınmaqla, Büronun yenidən təşkili həyata keçirilə və İdarə Heyəti təsis edilə bilər. Qeyd olunur ki, turizm sektoruna yerli özəl və xarici investisiya qoyuluşlarının artırılması istiqamətində işlər gücləndirilməlidir.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Lənkərandakı istirahət məkanları cərimələndi
20.07.2019
“Bu ildən Azərbaycan regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanacaq“
20.07.2019
FHN Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb
19.07.2019
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb
19.07.2019
Qubada polislər qanvermə aksiyasında iştirak ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info