Bu il hotellər 137 milyon manata yaxın gəlir əldə edib
Tarix: 12.09.2017 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


Bu ilin yanvar-iyun aylarında Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş şəxslərin sayı 602 min nəfər, gecələmələrin sayı 1,081 mln. adam-gecə olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə yerləşdirilmiş şəxslərin sayında 42,9%, gecələmələrin sayında isə 52% artım müşahidə edilib. Yerləşdirilmiş şəxslərin 68,4%-i xarici ölkə vətəndaşları olub, onlar tərəfindən keçirilmiş gecələmələrin sayı ümumi gecələmələrin 65,9%-ni təşkil edib.
Gecələmələrin 58,2%-i Bakıda, 9,3%-i Qəbələdə, 5,8%-i Qusarda, 4,1%-i Naxçıvan Muxtar Respublikasında, 2,1%-i Qubada, 1,5%-i Şamaxıda, 1,4%-i Xaçmazda, 17,6%-i isə digər şəhər və rayonlarda yerləşən mehmanxanalarda qeydə alınıb.
Bu dövrdə mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 136,6 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37,8% çoxdur. Gəlirlərin 68,8%-i nömrələrin satışı üzrə xidmətlərdən, 21,4%-i içki və qida məhsullarının satışı üzrə xidmətlərdən, 9,8%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib. Gəlirlərin 97 mln. manatı (71%-i) xarici vətəndaşlara göstərilmiş xidmətlər nəticəsində formalaşıb.
Xidmətlərin göstərilməsinə çəkilən xərclər 105,2 mln. manat olub ki, onların 32,3%-ni əmək haqqı xərcləri, 14,9%-ni içki və yeməklərin hazırlanması üçün alınan mallara çəkilən xərclər, 8%-ni yanacaq və enerji xərcləri, 7,9%-ni bütün növ sosial sığortalar üzrə ayırmalar, 7,3%-ni amortizasiya ayırmaları, 29,6%-ni isə digər xərclər təşkil edib. Bu müəssisələrdə çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11,8% artaraq 9770 nəfər olub və bir işçiyə düşən orta aylıq nominal əmək haqqının məbləği 579,3 manat təşkil edərək ölkə üzrə orta göstəricidən 11,1% çox olub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info