Heydər Əliyev adına Neft Emalı Zavodunda yeni layihə
Tarix: 12.09.2017 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) yeni layihə həyata keçirilir.
SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, zavodda inşa olunan yeni Susoyutma qurğusunun istismara verilməsindən sonra buradan “Ekol” Mühəndislik Xidmətləri QSC-nin mexaniki təmizləmə sahəsinə daxil olan çirkab sənaye sularının miqdarı kəskin azalıb.
Sənaye sularında olan neft məhsullarının ayrılma prosesini daha da təkmilləşdirmək məqsədilə Zavod tərəfindən təklif edilmiş yeni layihə üzrə tikinti-quraşdırma işlərinə başlanılıb. Layihənin əsas məqsədi mexaniki təmizləmə sahəsinə müxtəlif istiqamətlərdən daxil olan bütün suları bir yerə yönləndirmək və kimyəvi reagentlər vasitəsilə sənaye sularını neft məhsullarından 3 mərhələdə təmizləməkdir. Bunun üçün istismarda olan mexaniki təmizləmə sahəsinin tutum və avadanlıqlarından istifadə etməklə yanaşı, reagentlərin saxlanılması və verilməsi üçün 3 ədəd çən, bir ədəd qarışdırıcı, 2 ədəd su nasosu, hər bir reagentin verilməsi üçün dozalaşdırıcı nasoslar quraşdırılacaq.
Quraşdırma işləri “Neftqaztikinti” tresti tərəfindən həyata keçirilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Yeni Bakı Limanı MDB-də “yaşıl liman” statusuna malik ilk liman olacaq
16.01.2019
VTB (Azərbaycan) “MİDA” mənzillərini əldə etmək üçün güzəştli ipoteka krediti təklif edir
16.01.2019
Aİ və Dünya Bankı “Şərq Tərəfdaşlığı“ ölkələrinin infrastrukturunu inkişaf etdirəcəklər
15.01.2019
Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
15.01.2019
Struktur islahatları idarəetməni daha çevik edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info