Almaniyada Azərbaycan klubu yaradıldı
Tarix: 12.09.2017 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


Almaniyanın Köln şəhərində “AZE Nakhchivan” SK adlı futbol klubu yaradılıb. Komanda Dünya Azərbaycanlıları Assambleyasının təşəbbüsü ilə təşkil edilib.
Klubun adının Naxçıvanla bağlı olmasının əsas səbəbi blokadada olan, tarixi və coğrafi zənginlikləri ilə bilinən Azərbaycanın qədim diyarı Naxçıvan Muxtar Respublikasının Avropada tanıdılmasıdır. Diqqəti bu bölgənin zəngin tarixi, mədəniyyəti, turizmi, iqtisadi imkanlarına Avropalıların diqqətini cəlb etməkdir. Eyni zamanda professional futbol klubu yaradaraq Avropada Azərbaycanı layiqincə təmsil etməkdir.
Klubun sentyabrın 10-da keçirilən iclasında “JugendSport Köln-96” (Gənclərbirliyi) klubunun baş direktoru, Almaniya vətəndaşı, futbol mütəxxəsisi Aydın Karaca “AZE Nakhchivan” SK futbol klubunun rəhbəri, “DSK” futbol klubunun baş məşqçisi Serdar Demir klubun icraçı direktoru, klubun rəhbərinin müavini Nana İzak (Qanalı futbol mütəxxəsisi), Erkan Çelik isə maliyyə məsələlərindən məsul şəxs, Araz Naxçıvan futbol klubunun baş direktoru Ceyhun Məmmədov Azərbaycan üzrə əlaqələndirici seçilib.
Ancaq klubun daha bir uğuru isə artıq özünə aid stadionların, futbol üçün geniş imkanlarının olmasıdır.
Belə ki, klubun artıq 1 yaşıl, 4 mini meydançası, futbolçuların asudə vaxtlarını keçirmələri üçün hər cür imkanlarla təmin olunmuş geniş kafe-bar, 4 soyunma otağı fəaliyyət göstərir. Bütün bunlar Köln Bələdiyyəsinə aid olsa da klub bütün görüş, təlim məşqlərini burada edəcək.
İclasda eyni zamanda klubun nizamnaməsi, fəaliyyət proqramı, loqosu qəbul olunub və yaxınlarda klubun təqdimat mərasiminin keçirilməsi qərarlaşdırılıb.
Qeyd edək ki, klubun 9, 13, 18 yaşlılardan ibarət qurulması planlaşdırılıb. Klubun yaradılması ilə bağlı rəsmi sənədlər bir neçə gün içərisində Almaniya Federativ Respublikasının ədliyyə orqanlarına habelə Alman Futbol Federasiyasından (AFF) qeydiyyatdan keçməsi üçün də müraciət olunacaq.
Bundan başqa nəzərinizə çatdıraq ki, klub həvəskar deyil, yaxınlarda çempionatda iştirak etməsi üçün AFF-ə rəsmi müraciət olunacaq.




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Aerobika gimnastikası üzrə Avropa çempionatı: Azərbaycanın aerodans komandası qızıl medal qazanıb
26.05.2019
“The Daily Star”: “Arsenal” Henrix Mxitaryanı satmağı qərara alıb
26.05.2019
Azərbaycan boksçuları Çexiya Qran-prisində bir qızıl və bir bürünc medal qazanıblar
26.05.2019
Rusiya üçlüyü aerobika gimnastikası üzrə Avropa çempionatında qızıl medal qazanıb
26.05.2019
“Bavariya“ Almaniya kubokunun qalibi olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info