Mərakeş Kralı Prezident İlham Əliyevə məktub göndərib
Tarix: 12.09.2017 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Mərakeşin Kralı VI Mohammed Azərbaycan və Mərakeş arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.
 
Məktubda deyilir: “Qardaş ölkələrimiz - Azərbaycan ilə Mərakeş arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Zati-alinizə böyük məmnuniyyətlə səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik diləyir, xalqınıza rəhbərliyiniz altında tərəqqi, sülh və firavanlıq arzu edirəm.
Bu xoş fürsətdən istifadə edərək, xalqlarımız arasındakı əməkdaşlığa və qardaşlıq münasibətlərinə böyük dəyər verdiyimi bildirmək istərdim. Mən, həmçinin ikitərəfli, regional və beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatında ümumi maraq doğuran bütün məsələlər üzrə məsləhətləşmələrimizdən və razılaşdırılmış tədbirlərimizdən də çox razıyam.
Bu baxımdan, Zati-aliləri, 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etmək barədə təşəbbüsünüz İslam dininə, tolerantlıq və bərabərhüquqlu dəyərlərə açıq-aydın dəstək verdiyinizi nümayiş etdirir və bunu yüksək qiymətləndirdiyimi bildirmək istəyirəm.
Mən xalqlarımızın istəklərinə nail olmaları, daha xoş və təhlükəsiz gələcəkləri, sülh və sabitlik, inkişaf, tərəqqi, birlik və həmrəylik içində yaşamaları üçün Zati-alinizlə bütün sahələrdə əməkdaşlığımızı gücləndirməkdə çox maraqlı olduğumu bildirmək istəyirəm”.




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Ermənilər azərbaycanlılar və çeçenlər arasında “nifrət və nifaq toxumlarını əkməyə“ çağırır
15.02.2019
Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü ilə görüşüb
15.02.2019
Qətərli və livanlı jurnalistlər Mətbuat Şurasında olublar
15.02.2019
“Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
15.02.2019
“İnternet media vacib informasiya mənbəyinə çevrilib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info