Cəbhəyanı ərazilərdə yaşayanlar internet və mobil texnologiyalardan ehtiyatla istifadə etməlidir
Tarix: 12.09.2017 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


"Azərbaycanın düşmənlə təmas xətti yaşayış məntəqələrinə yaxın məsafədə yerləşib. Bu səbəbdən ordumuzun canlı qüvvəsinin, hərbi texnikasının yerdəyişmələri, əraziyə yeni hərbi texnikaların gətirilməsi əksər hallarda yerli sakinlər tərəfindən müşahidə edilir, bununla da onlar artıq vacib informasiya daşıyıcısına çevrilirlər".
 
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini İlqar Musayev Ağdam rayonunun Quzanlı qəsəbəsində "Vətəni müdafiəyə daim hazırıq" adlı Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin forumunda çıxışı zaman deyib.
 
O qeyd edib ki, bu vətəndaşların bəziləri şahidi olduqları hərbi və təhlükəsizlik tədbirləri barədə fikirlərini, yaxud çəkdikləri video və fotoşəkilləri öz yaxınları ilə sosial şəbəkələr və mobil telefon vasitəsilə bölüşürlər: "Bununla da onlar əslində düşmənə cəbhə xəttində əməliyyat şəraitini qiymətləndirməyə və ordumuza qarşı qabaqlayıcı tədbirlər görməyə şərait yarada bilən informasiyanın sızmasına səbəb olurlar. Bu cür hallar mülki əhalinin müdafiəsinin etibarlı təşkili və düşmənin təxribatlarının vaxtında qarşısının alınması üçün görülən tədbirlərə zərər vurmaqla yanaşı döyüş bölgəsində xidmət aparan zabit və əsgərlərin həyatına ciddi təhlükə yaradır. Ümumiyyətlə, hər bir vətəndaş, xüsusilə təmas xəttinə yaxın yaşayış məntəqələrinin hər bir sakini bu məsələnin məsuliyyətini ciddi şəkildə dərk etməli və dövlət təhlükəsizliyinə zərər vura biləcək hər hansı məlumatların yayılmasından çəkinməlidir".
 
Rəis müavininin sözlərinə görə, araşdırmalar düşmənin Azərbaycanın efir məkanında, həmçinin sosial şəbəkələrdə məlumat toplanmasına xüsusi önəm verdiyini göstərir: "Bu səbəbdən vətəndaşların ayıq-sayıq olmaları, cəbhəyanı ərazilərdə yaşayan sakinlərin və xidmətdə olan hərbçilərimizin internet şəbəkələrindən, mobil texnologiyalardan diqqətlə və ehtiyatla istifadə etmələri, xüsusilə düşmən tərəfindən tətbiq edilə biləcək naməlum və açıq “WiFi” efirinə qoşulmamaları tövsiyə olunur. Biz müharibə şəraitində yaşadığımızı qətiyyən unutmamalıyıq".
Tural




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Lənkərandakı istirahət məkanları cərimələndi
20.07.2019
“Bu ildən Azərbaycan regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanacaq“
20.07.2019
FHN Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb
19.07.2019
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb
19.07.2019
Qubada polislər qanvermə aksiyasında iştirak ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info