Pensiya qanunvericiliyindəki son dəyişikliklərlə bağlı növbəti seminar-müşavirə keçirilib
Tarix: 12.09.2017 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu pensiya qanunvericiliyindəki son dəyişikliklərlə bağlı yerli qurumlarının əməkdaşları üçün izahat işlərinin aparılması məqsədilə növbəti seminar-müşavirəni Xaçmaz rayonunda keçirib.
Fondun Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon şöbələrinin aidiyyəti sektorlarının əməkdaşlarının iştirakı ilə keçən seminar-müşavirədə ölkəmizin sığorta-pensiya sistemində həyata keçirilən islahatların əhəmiyyətindən bəhs olunub. Tədbirdə Prezident İlham Əliyevin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2017-ci il 1 may tarixli Fərmanından irəli gələn vəzifələrin icrası ilə əlaqədar tapşırıq və izahatlar verilib. Qeyd olunub ki, pensiya qanunvericiliyindəki yeni dəyişikliklər pensiya təminatı sisteminin müasir tələblər əsasında inkişafına, həmin sistemdə sosial sığorta ilə əlaqəli olmayan öhdəliklərin ortadan qaldırılmasına, pensiya hüquqlarının adekvat sığorta təminatı əsasında formalaşmasına və sistemin maliyyə yükünün buna uyğun optimallaşdırılmasına yönəlib.
Seminar-müşavirədə sığorta-pensiya sistemində aparılan islahatların mahiyyət və məqsədləri təqdimat və slaydlar vasitəsilə tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Pensiya qanunvericiliyindəki yeni dəyişikliklərin tətbiqi, pensiyaların indeksləşdirilərək artırılmasının yeni qaydası, 2017-ci il 1 iyul tarixədək təyin olunmuş əmək pensiyaları məbləğinin şərti çevrilməsinin, habelə həmin vaxta qədər istifadə edilməmiş pensiya kapitalının yenidən hesablanmasının aparılması barədə Fondun mütəxəssisləri tərəfindən ətraflı məlumat və izahatlar təqdim olunub. Pensiya yaşının qanunvericilikdə nəzərdə tutulan qaydada artırılması, yaşa görə, həmçinin 1-ci, 2-ci və 3-cü qrup əlilliyə görə pensiya hüququnun yaranması, pensiya öhdəliklərinin strukturu, yeni maliyyələşmə mexanizmi, pensiya kapitalının formalaşması, yaşa görə pensiya məbləğinin hesablanması, işləyən yaşa görə pensiyaçıların pensiyalarının yenidən hesablanması qaydası və s. barədə də izahatlar verilib.
Tədbirdə iştirakçıların sualları da cavablandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.02.2020
Ötən il Astarada 1900 yeni iş yeri açılıb
19.02.2020
Sosial xidmətin inkişafına dair Milli Strategiya layihəsi hazırlanıb
19.02.2020
AAYDA-də ənənəvi qanvermə aksiyası keçirilib
18.02.2020
Baş infeksionist koronavirusla bağlı xəbərdarlıq etdi
18.02.2020
Azərbaycanda övladlığagötürmə ilə bağlı elektron müraciət qaydası açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”
3 Ukrayna televiziyalarında erməni işğalı haqqında məlumat verilib
4 Paşinyanın “tərəqqi” dediyi bank sektoru çökür
5 Masallı Rayon İcra Hakimiyyətinin başçısının Təzəkənd kəndi ərazisində səyyar görüş-qəbulu keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info