“Vətəndaş məmnunluğunun təmin olunması vergi orqanlarının fəaliyyətinin prioritet istiqamətlərindəndir”
Tarix: 12.09.2017 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Vergilər Nazirliyində dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası və nazirliyin qarşısında duran vəzifələrə həsr olunmuş kollegiya iclasında 2017-ci ildə Azərbaycan iqtisadiyyatında davamlı inkişafın təmin olunması istiqamətində dövlət tərəfindən həyata keçirilən uğurlu siyasətdən danışılıb.
Nazirliyin Media və Kommunikasiya Mərkəzindən bildirilib ki, iclasda çıxış edən kollegiyanın sədri, vergilər naziri Fazil Məmmədov cari ilin əvvəlində vergi qanunvericiliyində və bir sıra digər qanunvericilik aktlarında edilmiş dəyişikliklərin dövlət büdcəsinə vergi daxilolmalarının həcminə də müsbət təsir etdiyini və büdcə proqnozlarının icra olunduğunu vurğulayıb.
F.Məmmədov, bununla yanaşı, büdcə gəlirlərinin artırılmasının davamlılığının və sabitliyinin təmin edilməsi üçün mövcud vergi potensialından maksimum yararlanmağın vacib olduğunu diqqətə çatdırıb.
Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsinin icraçısı Habil Məmmədov iqtisadiyyatın ayrı-ayrı sektorları və tədiyyə növləri üzrə vergi daxilolmalarının cari vəziyyəti və vergi orqanlarının informasiya məlumat bazaları əsasında hazırlanmış təhlillər barədə məlumat verib. Bu məqsədlə cari ilin sentyabr ayı və ilin sonu üçün Tədbirlər Planının ilkin layihəsinin hazırlandığı qeyd edilib və həmin Tədbirlər Planının əsas müddəaları kollegiya üzvlərinin nəzərinə çatdırılıb.
Bildirilib ki, Tədbirlər Planı 2 hissədən, 2017-ci ilin son 4 ayı üçün dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası və həmin dövrdə vergi inzibatçılığı ilə bağlı görülməli işlərdən ibarətdir. Potensial vergi gəlirlərinin artırılması üçün borclu vergiödəyicilərindən daxilolmaların təmin edilməsi zəruriliyi qeyd edilib, səyyar vergi yoxlamaları ilə aşkarlanmış nöqsanları növbəti hesabat dövrlərində aradan qaldırmayan vergiödəyicilərinin müəyyən edilməsi və yayındırılmış vergilərin bərpa edilməsi üçün tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.
Kollegiya üzvlərinin nəzərinə çatdırılıb ki, aparılmış təhlillər ayrı-ayrı fəaliyyət sahələri üzrə vergidən yayınma hallarının hələ də mövcud olduğunu göstərir və belə sahələrdə vergi nəzarətinin artırılmasına və inzibatçılığın təkmilləşdirilməsinə ehtiyac var.
Tədbirlər Planı kollegiyada ətraflı müzakirə edilib, hər bir struktur vahidi üzrə Tədbirlər Planında nəzərdə tutulan konkret vəzifələr barədə fikir mübadiləsi aparılıb.
Vergilər naziri Fazil Məmmədov ölkə başçısının tapşırıqlarını, qanunvericiliyə edilmiş son dəyişiklikləri nəzərə alaraq, vergi orqanlarının fəaliyyətinin düzgün qurulması sahəsində atılacaq növbəti addımın mütərəqqi üsullardan istifadə etməklə vergilərin dövlət büdcəsinə vaxtında və tam həcmdə ödənilməsi, real vergitutma bazasının düzgün müəyyənləşdirilərək ödəmə qabiliyyətli vergiödəyiciləri üzrə borcların alınmasına dair işlərin sürətləndirilməsi, vergi yoxlamalarının tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, nağd hesablaşmalar aparan vergiödəyiciləri üzrə vergidən yayınma hallarının təhlil edilərək qanuna müvafiq tədbirlərin görülməsi, vergi sahəsində həyata keçirilən inzibatçılıq tədbirlərinin səmərəliliyinin artırılması olduğunu bildirib.
Nazir vergiödəyicilərinə xidmət strukturlarının fəaliyyətinin, vergi uçotunun dəqiqləşdirilməsi və şəffaflaşdırılması istiqamətində aparılan işlərin və qanunsuz sahibkarlıq fəaliyyətinə nəzarətin daha da gücləndirilməsinin, fəaliyyət sahələri üzrə nəzarət mexanizmlərinin təkmilləşdirilməsinin zəruriliyini qeyd edib.
Sonda F. Məmmədov vətəndaş məmnunluğunun təmin olunmasının vergi orqanlarının fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu xüsusilə vurğulayaraq, vergi orqanlarının işinin müasir tələblərə cavab verən səviyyədə qurulması, cari ilin sonunadək Vergilər Nazirliyinin bütün struktur vahidlərinin və bölmələrinin mövcud potensialının qarşıya qoyulmuş vəzifələrin icrasına səfərbər edilməsi ilə bağlı konkret tapşırıqlar verib.
Vergilər Nazirliyi Kollegiyasının qərarı ilə “2017-ci ilin sentyabr ayı və növbəti 3 ay üçün Vergilər Nazirliyi qarşısında duran vəzifələrlə bağlı Tədbirlər Planı” təsdiq edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Birinci vitse-prezident Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb
25.09.2018
Prezident “ADEX-2018” Beynəlxalq müdafiə sərgisi ilə tanış olub
25.09.2018
Dövlət Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır
25.09.2018
Yaxın gələcəkdə Ticarətin Asanlaşdırılması Mərkəzi istifadəyə veriləcək
25.09.2018
Birinci vitse-prezident Mehriban Əliyeva İtaliyaya rəsmi səfərə gedib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info