“bp-Azərbaycan” MOK-la tərəfdaşlıq sazişinin müddətini artırıb
Tarix: 06.05.2013 | Saat: 23:05:00 | E-mail | Çapa göndər


“bp-Azərbaycan” şirkəti Azərbaycan Milli Olimpiya və Milli Paralimpiya komitələri ilə bağladığı tərəfdaşlıq sazişinin müddətini artırıb. Bununla əlaqədar Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında tədbir keçirilib.
Şirkət 2016-cı ilin sonunadək ölkənin Milli Olimpiya və Paralimpiya komandalarına və nüfuzlu idmançılarına dəstəyini davam etdirəcək. “bp-Azərbaycan” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı öz çıxışında komitələr ilə olan rəsmi tərəfdaşlıqdan, həmçinin London Yay Olimpiya və Paralimpiya Oyunlarında iştirak etmiş 7 Azərbaycan idmançısına dəstək olmalarından və onların qazandıqları uğurlardan qürur duyduğunu söyləyib.
Vurğulanıb ki, “bp-Azərbaycan” şirkəti 1992-ci ildə Bakıda ilk ofisini açdığı vaxtdan ölkə həyatının müxtəlif sahələrində yaxından iştirak etməklə bir sıra nailiyyətlərə imza atmış və regiondakı şirkətlər və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq yaradıb. Azərbaycan Milli Olimpiya və Paralimpiya komitələri ilə bağlanmış sazişin müddətinin artırılması bp şirkətinin ölkə qarşısında uzunmüddətli öhdəliyini nümayiş etdirir.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanın Olimpiya tarixi barədə məlumat vermiş və ölkəmizdə Olimpiya hərəkatının ilbəil inkişaf etdiyini diqqətə çatdırıb.
Vurğulanıb ki, Olimpiya yığmamız Londonda əzmkar mübarizə apararaq 10 medal qazanıb. Bu göstərici əvvəlki Olimpiya Oyunları ilə müqayisədə inkişafdan xəbər verir. İdmançılarımız durmadan öz üzərlərində çalışır və onlar Olimpiadada və digər mötəbər yarışlarda ölkəmizi layiqincə təmsil etmək həvəsindədirlər. Çünki ölkəmizdə bunun üçün lazımi şərait yaradılıb və idman infrastrukturu müasir tələblərə cavab verir. Bütün bunlar ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsidir.
“bp-Azərbaycan” şirkəti ilə əməkdaşlığın uzadılmasından məmnun olduğunu bildirən Ç.Hüseynzadə xalqımızı idman nailiyyətləri ilə sevindirmək naminə Azərbaycan idmançılarının inkişafı istiqamətində birgə əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirib.
Azərbaycan idmançılarının London Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərdən danışan Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov əməkdaşlığın davam etdirilməsindən məmnunluğunu ifadə edib.
Ölkəmizdə paralimpiyaçılara dövlət tərəfindən yüksək qayğı göstərildiyini diqqətə çatdıran İ.Rəhimov artıq idmançıların 2016-cı il Paralimpiya Oyunlarının hazırlığına başladığını deyib. Sonda bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Regional prezidenti Qordon Birrell əvvəlcə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ilə, sonra Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovla tərəfdaşlıq sazişinin müddətinin uzadılması ilə bağlı müqavilə imzalayıb.




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb
25.05.2019
Bu günün havası: paytaxtda yağmursuz, rayonlarda isə...
25.05.2019
Əsl müəllim həmişə nümunəvi vətəndaş, yaxşı şagird yetişdirməyə çalışır
24.05.2019
Şabran məktəbliləri internetdə olan imkanlar və təhlükələr barədə məlumatlandırılıb
24.05.2019
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info