Naxçıvanda futbol birinciliyinə yekun vurulub
Tarix: 12.09.2017 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


Gənclərin idmana cəlb edilməsi istiqamətində görülən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, şəhər və rayon gənclər və idman idarələrinin təşkilatçılığı ilə gənclərdən ibarət kənd komandaları arasında futbol üzrə şəhər və rayon birinciliyinin final oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Şərur rayon Aralıq kənd stadionunda keçirilən həlledici qarşılaşmada Mahmudkənd və Çərçiboğan kənd komandaları üz-üzə gəlib. Daha inamlı oyun göstərən çərçiboğanlılar meydanı 6:2 hesablı qələbə ilə tərk edib və yarışın qalibi adını qazanıblar. Mahmudkənd komandası ikinci, Dizə kənd komandası isə üçüncü olub.
On komandanın heyətində 250-yə yaxın futbolçunun mübarizə apardığı Culfa rayon birinciliyinin final görüşündə Ərəzin və Bənəniyar kənd komandaları qarşılaşıblar. Culfa şəhər mərkəzi stadionunda keçirilən görüşdə Ərəzin kənd komandası 3:2 hesabı ilə qalib gəlib və birinciliyin əsas mükafatını qazanıb.
Babək rayon Vayxır kənd stadionunda keçirilən həlledici qarşılaşmada Babək qəsəbə komandası ilə Nehrəm kənd komandası üz-üzə gəlib. Gərgin keçən görüş birincilərin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0.
Bununla da iyunun 22-də start verilən birinciliyin qaliblərinin adları aydınlaşıb. Bu final görüşlərinə kimi isə Sədərək rayonunda Sədərək kənd komandası, Şahbuz rayonunda Kolanı kənd komandası, Ordubad rayonunda Sabirkənd komandası, Kəngərli rayonunda Qıvraq qəsəbə komandası və Naxçıvan şəhərində Qaraçuq kənd komandası bütün rəqiblərindən üstün olublar.
Sonda hər rayon üzrə ilk üç pilləni tutan komandalara Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun kubok və hədiyyələri təqdim edilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info