Şəhanə Nəzərova:  “Dövlət himninin səsləndirilməsinə nail olacağıma çox inanırdım”
Tarix: 12.09.2017 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


Dünya çempionu adını qazanıb Azərbaycanın dövlət himninin səsləndirilməsinə nail olacağıma çox inanırdım. Bütün rəqiblərimlə görüşlərdə inamlı qələbələr qazanıb qızıl medala layiq görüldüm. Bayrağımız ən yüksəkdə dalğalananda keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm.
Bu sözləri Yunanıstanın paytaxtı Afinada keçirilən yeniyetmə güləşçilərin dünya çempionatının qalibi Şəhanə Nəzərova AZƏRTAC-a müsahibəsində söyləyib.
Qızlar arasında keçirilən yarışda millinin heyətində yer alan “Neftçi” idman klubunun üzvü yarışda 38 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edib. Şəhanə Nəzərova ilk görüşdə Yaponiya təmsilçisini 84 saniyə ərzində məğlub edib. Yarımfinal qarşılaşmasında idmançımızın rəqibi olan rusiyalı güləşçi cəmi 65 saniyə tab gətirib. Bu görüşü də vaxtından əvvəl qələbə ilə başa vuran Şəhanə finalda Ukrayna təmsilçisi ilə üz-üzə gəlib. Həlledici qarşılaşmada Mariya Tomişiçə də vaxtından əvvəl qalib gələn güləşçimiz dünya birinciliyinin qızıl medalına sahib olub. Ş.Nəzərova keçirdiyi qarşılaşmalarda rəqiblərinə bir xal belə verməyib.
Ş.Nəzərova ötən ay yeniyetmələr arasında Avropa çempionu adını da qazanıb.
Dünya və Avropa çempionunu qarşıda daha bir ciddi sınaq gözləyir. Yeniyetmə güləşçi 2018-ci ilin yayında Argentinada keçiriləcək yeniyetmələrin Yay Olimpiya Oyunlarına hazırlaşır.
Siyəzən güləş məktəbinin yetirməsi olan Şəhanə 6 yaşından güləşlə məşğul olur. Onun ən böyük arzusu Olimpiya Oyunlarının qalibi adını qazanmaqdır.

Anar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info