“Mətbuat xidməti rəhbərləri öz fikirlərində etik çərçivəni daim gözləməlidirlər”
Tarix: 12.09.2017 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


"Dövlət orqanlarının mətbuat xidmətlərinin rəhbərləri və əməkdaşları işlədikləri qurumların kütləvi informasiya vasitələri ilə əlaqələrinin tənzimlənməsinə, həmin təşkilatların fəaliyyəti haqqında ictimai rəyin formalaşmasına bilavasitə məsul olan şəxsdirlər. Onlar təmsil etdikləri qurumların media ilə münasibətlərini sağlam zəmində, işgüzarlıq, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq prinsipləri üzərində qurmalı, öz statuslarına uyğun davranmalı, açıqlamaları və öz fikirlərində etik çərçivəni daim gözləməlidirlər. Mətbuat xidmətinin əməkdaşı həmişə diqqət mərkəzində, sanki kamera və ya mikrofon qarşısında olduğunu unutmamalı və özünü də buna adekvat aparmalıdır".
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Nazirlər Kabinetinin mətbuat xidmətini rəhbəri Akif Əlinin tanınmış alim Lütfi Zadə haqqında xoşagəlməz fikirləri ilə bağlı deyib.
Əli Həsənov bildirib ki, Lütfi Zadə təkcə tanınmış alim deyil, həm də bizim dünyaca məşhur soydaşımızdır və Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif olunub.
"O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevtərəfindən qəbul edilib, dövlət başçımızın şəxsiyyətinə dərin hörmət bəslədiyi, xalqımızın qürur duyduğu şəxs olub. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri statusunu daşıyan şəxsin məsuliyyət hissini itirərək, emosiyalara qapılaraq görkəmli alim haqqında belə ifadələr işlətməsi yolverilməzdir", - deyə Prezidentin köməkçisi qeyd edib.
Qeyd edək ki, bir neçə gün öncə Nazirlər Kabinetinin mətbuat xidmətini rəhbəri Akif Əlinin tanınmış alim Lütfi Zadə haqqında xoşagəlməz fikirləri cəmiyyətdə ciddi mənfi reaksiya doğurdu. Akif Əli istər mediada, istərsə də sosial şəbəkələrdə qınandıqdan sonra öz fikirlərinə görə üzr istəmək məcburiyyətində qaldı.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info