Bakıdan təyyarə ilə Moskva, İstanbul, Dubay, Kiyev və Tehrana 1,34 milyon sərnişin daşınıb
Tarix: 12.09.2017 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Beynəlxalq Hava Limanı 2017-ci ilin yanvar-avqust ayları ərzində 2,7 milyondan çox sərnişinə xidmət edib ki, bu da ötən ilin analoji göstəricisindən 29% çoxdur.
 
Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən verilən məlumata görə, ilin sonunadək yekun sərnişin dövriyyəsinin ötən ildəki 3,5 milyon nəfərdən çox olması gözlənilir ki, bu da aeroportun növbəti rekord göstərici olacaq.

Hesabat dövründə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) payına 1,61 milyon sərnişin düşüb ki, bunun da 408 min nəfəri daxili reyslərlə daşınıb.

Sərnişinlərin 84,9 faizi beynəlxalq reyslərin payına düşüb. Bu ilin ilk 8 ayı üzrə statistikaya əsasən Bakıdan ən populyar beynəlxalq istiqamətlər Moskva, İstanbul, Dubay, Kiyev və Tehran olub. Bu istiqamətlər üzrə 1,34 milyon sərnişin daşınıb.
 
Göstərilən dövr ərzində ən fəal aviaşirkətlərin beşliyinə AZAL, "Turkish Airlines", "flyDubai", "Aeroflot" və "Ukrayna Beynəlxalq Hava Yolları" aviaşirkəti daxil olub. Bu aviaşirkətlərin reysləri ilə beynəlxalq istiqamətlər üzrə 1,78 milyon sərnişin daşınıb.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 53 istiqamət üzrə 29 aviaşirkətə xidmət göstərir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
İnam Kərimov: “Kooperativlərdə birləşən fermerlərə daha çox subsidiya ayrıla bilər”
22.11.2018
“Bakutel-2018” sərgisində autizmli uşaqlara dəstək məqsədilə hərrac keçiriləcək
22.11.2018
Bakı Metropolitenindən yenilik
22.11.2018
Aİ Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə 1 milyon avro yardım ayıracaq
22.11.2018
Geniş tərkibdə görüş olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info