Naxçıvanda Kamera Orkestrinin konserti olub
Tarix: 12.09.2017 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 18 sentyabr – Milli Musiqi Günü ilə bağlı təsdiq etdiyi tədbirlər cədvəlinə uyğun olaraq muxtar respublikanın paytaxtında və rayon mərkəzlərində, o cümlədən uşaq musiqi, incəsənət, bədii sənətkarlıq məktəblərində konsertlər təşkil olunur. Eyni zamanda, Milli Musiqi Günü ilə əlaqədar dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən “Uzun ömrün akkordları” bədii filminin və musiqimizlə bağlı sənədli filmlərin nümayiş etdirilməsi, musiqi tariximizə dair mühazirələrin oxunması nəzərdə tutulub.
Bu çərçivədə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin konserti olub.
Konsert dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının “Müqəddimə”sinin ifası ilə başlayıb. Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Zülfüqar Mahmudov və Hünər Əliyevin Qəribə Həsənova ilə birlikdə Şərqin ilk operası kimi milli musiqimizin incisi sayılan “Leyli və Məcnun” operasında ifa etdikləri duetlər alqışlarla qarşılanıb.
Orkestr operadan ərəb mahnısını ifa etdikdən sonra gənc solist İlkin Abdullayevin ifasında Üzeyir Hacıbəylinin “Sənsiz” və “Sevgili canan” romansları səslənib.
Böyük sənətkarın opera sənətimizin zirvəsi sayılan “Koroğlu” operasından rəqs və cəngi konsert iştirakçılarında xoş ovqat yaradıb. Əbədiyaşar sənət nümunəsi olan “Koroğlu” operasından İlkin Abdullayevin, Qəribə Həsənovanın və Azərbaycan Respublikasının Əməkdar Artisti Gülyanaq Fərzəliyevanın ifalarında səslənən ariya və mahnılar bəstəkarın ölməz musiqisinin gözəl nümunələri kimi alqışa layiq görülüb.
Azərbaycan Respublikasının Əməkdar artistləri Gülyanaq Fərzəliyeva və Mübariz Əsgərov isə “Koroğlu” operasının final hissəsini konsertin iştirakçılarına təqdim ediblər.
Konsert böyük bəstəkarımız Müslüm Maqomayevin “Şah İsmayıl” operasının müqəddiməsi ilə başa çatıb.
Qeyd edək ki, ötən şənbə günü ilk olaraq Naxçıvan şəhərindəki “Böyük bağ” İstirahət Parkında Naxçıvan Dövlət Filarmoniyasının Muğam Studiyasının konserti təşkil olunub. Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Şəlalə” İnstrumental Ansamblı isə Kəngərli rayonunda konsert proqramı ilə çıxış edib.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info