Milli Məclisin komitə iclasında bir sıra qanun layihələri müzakirə olunub
Tarix: 12.09.2017 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.
Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov iclası açaraq gündəlikdəki 9 məsələ barədə məlumat verib.
Əvvəlcə “Müdafiə haqqında”, “Sərhəd qoşunları haqqında” qanunlarda və “Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ saylı Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə olunub.
Ziyafət Əsgərov hər üç qanun layihəsində redaktə xarakterli dəyişikliklər edildiyini bildirib. Təklif edilən dəyişikliklər “Elm haqqında” 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanuna uyğunlaşdırma məqsədi daşıyır.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda da dəyişikliklər edilir. Dəyişikliyə əsasən, Xarici Kəşfiyyat Xidmətindən və Dövlət Təhlükəsizliyi Xidmətindən ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı və onlara hərbi biletin verilməsi həmin orqanlar tərəfindən həyata keçiriləcək. Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri kimi dövlət sirri təşkil edən və haqqında məlumat yayılması yolverilməz olan fəaliyyəti həyata keçirirlər. Müəyyən şəxslərin hərbi xidmətdə saxlanılması və həmin orqanlara mənsubiyyətinin açıqlanmaması prinsipi onlar ehtiyata buraxılan zaman pozula bilər. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna əsasən çağırışçıların və bütün hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən açıq siyahılarla aparılır. Öz növbəsində “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin ehtiyatını təşkil edən şəxslər həmin orqanlarda hərbi qeydiyyata alınırlar və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada təlim toplanışı keçirlər. Qeyd olunanları, həmçinin qanunlar arasında yaranmış ziddiyyəti aradan qaldırmaq məqsədilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişikliklər edilməsi təklif olunur.
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində” dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 508-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar dəyişiklik təklif edilir. Həmin dəyişikliyə əsasən Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinə “dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatları” sözlərindən sonra “publik hüquqi şəxslər” sözləri əlavə edilir.
Daha bir dəyişiklik isə “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanuna edilir. Bu dəyişiklik texniki xarakter daşıyır. Belə ki, qanunun 12-ci maddəsinin üçüncü hissəsinə “və digər” sözlərindən sonra “kütləvi qırğın silahlarının,” sözləri əlavə edilir.
Sonra iclasda “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında SAH/SAM/BDD (Sualtı Hücum/Sualtı Müdafiə/Birinci Dərəcəli Dalğıc) birgə təlim müddətində Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Müdafiə Nazirliyi arasında Əfqanıstan İslam Respublikasının Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaları haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihələri müzakirə olunub.
Deputatlar müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildiriblər.
Müzakirələrdən sonra bütün məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info