AMEA-da anım tədbiri
Tarix: 06.05.2013 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda institut rəhbərliyinin və burada fəaliyyət göstərən «Heydər Əliyev məktəbi»nin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım mərasimi və anadan olmasının 90-cı ildönümünə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirildi. Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edərək, onun üzərinə əklil qoydular. Sonra tədbir institutun akt zalında öz işinə başladı.
Konfransı giriş sözü ilə açan institutun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə görkəmli dövlət xadiminin, Azərbaycan xalqının ümummilli liderinin həyat fəaliyyətinə dair elm ocağında görülmüş tədbirlərdən, habelə «Heydər Əliyev məktəbi» tərəfindən həyata keçirilən ideoloji-maarifçilik işlərinin əhəmiyyətindən bəhs etdi və ulu öndərin Azərbaycanı davamlı inkişaf yoluna çıxarmış strategiyasının müsbət nəticələrinə diqqət çəkdi. Daha sonra ulu öndərin zəngin və mənalı həyat və yaradıcılığını əks etdirən sənədli film nümayiş etdirildi. Müstəqil Dövlətlər Birliyinin və dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş tanınmış elm və dövlət xadimləri, o cümlədən Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti Aleksandr Nikolayeviç Çumakov (Moskva), digər tanınmış şəxslərdən - Santoş Kukredja (Hindistan), Oxota Alla Petrovna (Sankt-Peterburq, Moskva), Arif Asalıoğlu (Türkiyə), Nataliya Nikolayevna Kuryukova (Moskva), Valentina Qavrilovna Fedotova (Moskva), Nadejda Nikolayevna Fedotova (Moskva), Viktor Nikolayeviç Serbina (Kiyev, Ukrayna), Vyaçeslav Vasilyeviç Timoxin (Kiyev), Yadviqa Stanislavovna Yaskeviç (Minsk, Belarus) və başqaları tədbirdə iştirak ediblər, Azərbaycan dövlətçiliyinin inkişaf strategiyasının beynəlxalq aləmdə əldə etdiyi uğurlara nəzər salıblar.
Daha sonra konfransda ulu öndərin zəngin və çoxşaxəli siyasi dövlətçilik fəaliyyətini əks etdirən mövzular ətrafında bir sıra alim-tədqiqatçılar, o cümlədən institutun direktor müavini Bəhram Zahidov, əməkdaşlardan Füzuli Qurbanov, Mirağa Cəfərquliyev, Adil Əsədov, qonaqlardan Anar Əliyev, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş şöbəsinin rəisi Mehdi Səlimzadə, institutun «Heydər Əliyev məktəbi»nin təşkilatçılarından Azər Mustafayev, Sənan Həsənov çıxış edərək ulu öndərin son əlli ildəki dövlətçilik fəaliyyətinə dair maraq doğuran fikirlər səsləndirdilər. Bununla yanaşı, dinlənilən mövzuda ətraflı müzakirələr aparıldı. Natiqlər Azərbaycanın müasir dünyada gedən siyasi proseslərin aktoru kimi çıxış etməsini təlqin etdilər. Qeyd olundu ki, «Heydər Əliyev məktəbi»nin institutda fəaliyyət göstərdiyi 2006-2013-cü illər ərzində həyata keçirilən 7 böyük ümumrespublika layihələrinin ulu öndərin fəaliyyətinin bir çox istiqamətlərini əhatə etməsi və geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanması bu irsin öyrənilməsinə dəyərli töhfə kimi qiymətləndirilə bilər.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq
25.09.2018
Xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info