ADNSU ilə İqdır Universiteti arasında əməkdaşlığa dair protokol imzalanıb
Tarix: 12.09.2017 | Saat: 19:34:00 | E-mail | Çapa göndər


Sentyabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı İqdır Universitetinin rektoru Mehmet Hakkı ilə görüşüb.
ADNSU-nun tarixi, beynəlxalq əlaqələri və son ildə qazanılan nailiyyətlər barədə məlumat verən rektor, professor M.Babanlı hazırda universitetdə 11000 tələbənin təhsil aldığını diqqətə çatdırıb. Universitetin keçmiş sovetlər birliyinin ali təhsil ocaqları arasında mühüm yer tutduğunu qeyd edən rektor M.Babanlı hazırda Azİİ-nin (ADNSU) əvvəlki şöhrətinin yenidən özünə qaytarılması üçün görülən işlərdən danışıb.
“Biz universitet üzrə kəmiyyət yox, keyfiyyət göstəricilərinin artmasın önəm veririk. Bunun üçün də bir sıra yeniliklər edirik. Tələbələr üçün karyera sərgilərinin keçirilməsinə və müəssisələrin tələblərinə uyğun fənlərin tədris olunmasına diqqət ayırmışıq”,-deyə rektor M.Babanlı bildirib.
Təmsil etdiyi universitet haqqında məlumat verən Iğdır Universitetinin rektoru M. Hakkı oradakı tədris prosesi, tədris üsulları, auditoriyalar və tələbələr haqqında məlumat verib. Əlaqələrin genişləndirilməsi üçün görüləcək işlər və birgə əməkaşlıq oluna biləcək sahələrin önəmindən söz açıb.
Görüşün sonunda iki universitet arasında əməkdaşlığa dair protokol imzalanıb.ADNSU-nun rektoru professor M.Babanlı qonağa xatirə hadiyyəsi təqdim edib.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info