Türkiyə S-400 üçün ilk ödəniş edib
Tarix: 12.09.2017 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Rusiyadan alacağı raketdən müdafiə sistemi kompleksi- C-400 üçün ilk ödəniş etdiyini bildirib. Bu barədə məlumatı Türkiyənin «Hürriyet» nəşri yayıb: « S-400-lə bağlı bütün sənədlər imzalanıb. Mənə çatan məlumata görə, artıq ilk ödəniş də ödənilib. Proses Rusiyadan bizə kreditin köçürülməsi ilə davam edəcək. Həm mən, həm də cənab Putin bu məsələdə qətiyyətliyik»-deyə, Türkiyə prezident Qazaxıstandan qayıdarkən jurnalistlərə verdiyi açıqlamada bildirib.
Qeyd edilməlidir ki, S-400 sisteminin çatdırılması ilə əlaqədar Moskva-Ankara danışıqları o qədər də asan olmayıb. Türkiyə prezidentinin sözçüsü İbrahim Kalının sözlərinə görə, tərəflər iyul ayının sonunda razılığa gəlsələr də, bəzi qaranlıq məsələlərə aydınlıq gətirməli idilər. Avqust ayında açıqlama ilə çıxış edən «Rosoboronexport»un baş direktoru Aleksandr Mixeev tərəflər arasında razılıq əldə edilsə də, müqavilənin hələ qüvvəyə minmədiyi barədə məlumat verdi. Bu arada Rusiya Hərbi və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Aleksey Podberezkin tərəflər arasındakı müzakirələrin çox çətin keçdiyini və bunun daha çox S-400 sisteminin hələ ki, ixrac olunmaması ilə əlaqələndirdi.
Lakin kompleksi almaqda israrlı olan Türkiyə tərəfi bu silaha olan marağını hər bir ölkənin öz milli təhlükəsizliyini təmin etmək üçün imkanlar axtarışı ilə əlaqələndirirdi. Təyyarə və raket əleyhinə sistem - S-400 ("Triumf") hələ ki, dünyada analoqu olmayan silahlardandır. Belə ki, bu silah təyyarə və ballistik raketlər də daxil olmaqla, bütün hava obyektlərini vurmaq iqtidarındadır. Xatırladaq ki, bu kompleksin ixracı üçün artıq Çinlə də müqavilə imzalanıb. Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidməti S-400 komleksinin sifarişi ilə bağlı artıq 10-dan çox ölkədən sifariş aldıqları barədə məlumat yayıb. Qeyd edilməlidir ki, Türkiyənin Rusiya silahına sahiblənməsi ABŞ tərəffində o qədər də təqdir edilməyib. Belə ki, Vaşinqton bununla bağlı öz narahatlığını da gizlətməyib. ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford Türkiyənin Rusiya istehsalı olan S-400-ə sahiblənməsinin Vaşinqtonda narahatlıq doğuracağını açıq şəkildə etiraf edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Ankarada keçirdiyi mətbuat konfransında narahatlıq üçün heç bir səbəb görmədiyini bəyan edib.
Qeyd edək ki, Rusiyada nəşr edilən "Arsenal Oteçestva" jurnalının baş redaktoru Viktor Muraxovski Rusiyanın NATO-ya üzv dövləə müasir təyyarə əleyhinə raket sistemləri və komplekslərinin satışında artıq müəyyən təcrübəyə malik olduğunu bildirib O, sözlərini əsaslandırmaq üçün Rusiyanın bir müddət bundan əvvəl NATO üzvü olan Yunanıstana ZRS S-300 və ZRK "Buk" komplekslərini satdığını göstərib: «Lakin etiraf edilməlidir ki, xaricə satılan bütün silah sistemləri ixrac variantında verilir. Onlar Rusiya Silahlı Qüvvələri tərəfindən qəbul edilən sistemlərdən fərqlənirlər və nəzarət edirik ki, Rusiyanın təhlükəsizliyinə xələl gəlməsin»-deyə, rusiyalı analitik bildirib.

Rusiya müqavilə imzalanmasını təsdiqlədi

Moskva və Ankara arasında C-400 zenit-raket kompleksinin Türkiyəyə satışına dair müqavilə imzalanıb. Bu barədə Rusiyanın Hərbi-texniki əməkdaşlıq üzrə Federal Agentliyinin mətbuat xidməti məlumat yayıb. "Tərəflər C-400 zenit-raket kompleksinin satışına dair razılığa gəlib və müqavilə imzalanıb. Rusiya bunun həyata keçirilməsinə hazırdır", - deyə məlumatda qeyd olunub. Rusiya ilə Türkiyə arasında əldə olunan razılaşmanın detalları mövzunun spesifikliyi və həssaslığı baxımından açıqlanmır: "Müqaviləni şərh etməyin prioritet hüququ xarici sifarişçiyə məxsusdur. Bununla yanaşı, qeyd etmək lazımdır ki, məlum sistemin Türkiyəyə verilməsi Rusiyanın geosiyasi maraqlarına cavab verir" - deyə, federal Agentliyin məlumatında qeyd olunub.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info