“Azərbaycan müstəqil siyasət yürüdür”
Tarix: 12.09.2017 | Saat: 23:11:00 | E-mail | Çapa göndər


“Ukrayna hər zaman Azərbaycanın yanında olub və Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. Ukrayna bu məsələdə qətiyyətli mövqeyini davam etdirəcək”. Bu fikirləri Ukrayna-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Maksim Kuryaçiy Kiyevdə keçirilən Avropa Azərbaycanlıları Konqresinin toplantısında çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycanın və Ukraynanın xarici ölkələrdəki diaspor təşkilatları birləşib birgə mübarizə aparmalıdırlar. M.Kuryaçiy deyib ki, Azərbaycan və Ukrayna arasında dostluq münasibətləri qədim tarixə söykənir. “Mən şadam ki, ölkələrimiz beynəlxalq arenada ən prinsipial məsələlərdə bir-birinə dəstək verir. Azərbaycan bölgədə böyük uğurlara imza atıb və müstəqil milli siyasət yürüdür”, -deyə ukraynalı deputat vurğulayıb. Xatırladaq ki, tədbirdə Avropa Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvləri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Ukraynadakı səfirliyinin nümayəndələri, diasporumuzun fəalları və bir sıra yerli rəsmi dövlət orqanlarının təmsilçiləri iştirak edirlər.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info