Səudiyyə Ərəbistanında terror aktının qarşısı alınıb
Tarix: 12.09.2017 | Saat: 23:21:00 | E-mail | Çapa göndər


Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri “İŞİD” terrorçu qruplaşmasından olan silahlıların Ər-Riyadda Müdafiə Nazirliyinin binasına hücumunun qarşısını alıblar. Bu barədə SPA dövlət informasiya agentliyi rəsmi mənbəyə istinadla məlumat yayıb. Ölkənin dövlət təhlükəsizliyi idarəsi intiharçıların nazirliyin iki binasına hücumunun qarşısını alıb. İki terrorçu hələ öz məqsədlərini həyata keçirməzdən əvvəl saxlanılıb. SPA agentliyinin ilkin məlumatına görə, terrorçular Yəmən vətəndaşlarıdır. Onlardan iki intiharçı kəməri, doqquz əldəqayırma qumbara, odlu və soyuq silahlar tapılıb. Krallığın təhlükəsizlik qüvvələrinin əməkdaşları, həmçinin iki Səudiyyə Ərəbistanı vətəndaşını saxlayıblar. Onların həbs edilmiş intiharçılarla əlaqəsi müəyyənləşdirilir. Hüquq-mühafizə orqanları Ər-Riyad şəhərinin Ar-Rimal rayonunda terrorçuların partlayıcı kəmərdən istifadə etməyi öyrəndikləri evin üzərinə də həbs qoyublar. Mənbənin məlumatına görə, təhlükəsizlik qüvvələri habelə “krallığın təhlükəsizliyi əleyhinə əcnəbilərin mənafeyi üçün” çalışan Səudiyyə Ərəbistanı və digər ölkələrin vətəndaşlarını zərərsizləşdirə biliblər. Onların hamısı saxlanılıb.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info