Azərbaycan məhsullarının Rusiyaya ixracı ilə bağlı müqavilələr imzalanıb
Tarix: 12.09.2017 | Saat: 19:30:00 | E-mail | Çapa göndər
Moskva sərgisinin işə başladığı ilk 2 gün ərzində şirkətlərimiz fındıq, qənnadı məmulatları, vanil və qabartma tozunun Rusiyaya ixracına dair 13 müqavilə imzalayıb
Rusiyanın paytaxtı Moskvada keçirilən və Azərbaycanın yeganə eksklüziv partnyor olduğu "World Food Moscow" Beynəlxalq Ərzaq Sərgisinin ikinci günündə də yerli şirkətlərimiz bir sıra müqavilələr imzalayıblar.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycanın fındıq istehsalçısı olan "Xanel" şirkəti Rusiyaya 40 ton fındıq ixracına dair bu ölkənin müvafiq sahədə fəaliyyət göstərən şirkəti ilə müqavilə imzalayıb. "Xanel" şirkətinin Rusiyanın distribüter şirkəti ilə imzaladığı digər müqaviləyə əsasən isə bu ölkəyə 80 ton fındıq ixrac olunacaq. Azərbaycanın meyvə-tərəvəz məhsulları ilə yanaşı, şirniyyatları da "World Food Moscow" Sərgisinin ziyarətçiləri və Rusiya şirkətləri tərəfindən maraqla qarşılanıb. Sərgi çərçivəsində bu sahədə irihəcmli müqavilələri Azərbaycanın "Şirin" MMC şirkəti imzalayıb. "Şirin" MMC ilə Rusiyanın "Mir sladostey" şirkəti arasında imzalanmış müqaviləyə əsasən, Rusiyaya 200 ton qənnadı məhsulları ixrac olunacaq. Rusiyanın Vladivostok, Tümen, Krasnoyarsk, Nijnı Novqorod, İrkutsk və Tambov şəhər və vilayətlərinin, həmçinin Ural regionunun distribüter şirkətləri ilə imzalanmış müqavilələrə uyğun olaraq, "Şirin" MMC bu şəhər və vilayətlərin hər birinə 30 ton qənnadı məhsulları ixrac edəcək. Bundan başqa, sərgi zamanı Azərbaycanın "Əmin qida sənaye" MMC şirkəti şəkərli vanil və qabartma tozunun Rusiyaya ixracına dair bu ölkənin distribüter şirkəti ilə razılıq əldə edib. Ümumilikdə, "World Food Moscow" Beynəlxalq Ərzaq Sərgisinin işə başladığı ilk 2 gün ərzində Azərbaycanın fındıq, qənnadı məmulatları, vanil və qabartma tozunun Rusiyaya ixracına dair 13 müqavilə imzalanıb. Qeyd edək ki, Azərbaycan "World Food Moscow" Sərgisində 30-dan çox ixracatçı şirkətlə təmsil olunur. Yerli şirkətlərimizin keyfiyyətli və rəqabətqabliyyətli məhsulları - meyvə şirələri, təbii mineral sular, şərab və spirtli içkilər, meyvə-tərəvəz, süd məhsulları, çay, fındıq, qənnadı məmulatları və konservləşdirilmiş qidalar "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunur. "World Food Moscow" Beynəlxalq Ərzaq Sərgisi çərçivəsində, həmçinin "Təzə meyvə-tərəvəz: ixrac coğrafiyasının genişləndirilməsi" mövzusunda konfrans keçirilib. Tədbirdə çıxış edən dövlət qurumlarının nümayəndələri və iş adamları bağçılığın inkişafı, bu sahədə həyata keçirilən layihələr və proqramlar, meyvə və tərəvəz məhsullarının ixracı, bu məhsulların qablaşdırılması, saxlanması barədə fikir və təcrübələrini bölüşüblər. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev keyfiyyətli və rəqabətədavamlı Azərbaycan məhsulları, ölkəmizin ixrac imkanları, "Made in Azerbaijan" brendinin tanıdılması sahəsində görülən işlər barədə danışıb, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb. Konfransdan sonra keçirilmiş furşetdə isə tədbir iştirakçılarına Azərbaycan məhsulları - meyvə, milli şirniyyatlar, qənnadı məmulatları, quru meyvələr və s. təqdim edilib. Furşetdə təqdim edilmiş təamlar konfrans iştirakçıları tərəfindən bəyənilib və yüksək qiymətləndirilib.
Anar




 
Bölməyə aid digər xəbərlər
15.09.2017
Prezident: “Möhkəm dayanmışıq, milli maraqlarımızı qoruyuruq”
08.08.2017
Dost dövlətlər
14.06.2017
Cocuq Mərcanlıda məscid tikilib
23.05.2017
IV İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi olub
11.05.2017
Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasim

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7348

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Xarəzm və Xivə əhalisinin ləhcəsi Azərbaycan dilinə çox yaxındır
3 Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
4 Prezident BMT-də Ermənistanı "işğalçı" adlandırdı
5 Sumqayıtda SOCAR-ın bir sıra obyektləri istifadəyə verilib
22.09 20:10 Badamlı peçenye
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info